Redaktor seçimi
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Günün xəbəri

Füzuli rayonunda Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub

 

"Xeberinfo.com":  Prezident cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində uşaqların sağlam və hərtərəfli inkişafı üçün ölkəmizdə lazımi şərait yaradılmış, çoxsaylı uşaq sağlamlıq mərkəzləri, uşaq bağçaları, müasir tipli məktəblər və istirahət guşələri fəaliyyətə başlamış, uşaq hüquq və azadlıqlarının etibarlı şəkildə qorunması üçün lazımi hüquqi baza yaradılmışdır. Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın ölkəmizin balaca sakinlərinə, eləcədə yeniyetmə və gənclərinə göstərdiyi diqqət və qayğı nəticəsində ölkəmizdə uşaq və yeniyetmələrin hərtərəfli inkişafı üçün məqsədyönlü tədbirlər görülmüşdür. Bu fikirlər 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi  Günü  münasibəti Horadiz şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə tikilmiş  2 №-li körpələr evi-uşaq bağçasında keçirilən Bir balaca dünyam var” adlı tədbir-bayram şənliyində bildirilmişdir.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, uşaqlar, müəllimlər və valideynlər iştirak etmişdir.

Alı Alıyev uşaqları 1 uyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə təbrik etmiş, ölkəmizdə uşaq hüquqları ilə bağlı həyata keçirilən dövlət siyasətindən danışmış, Prezident cənab İlham Əliyevin, həmçinin Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın uşaqlara göstərdiyi diqqət və qayğısından bəhs etmişdir. 

Bildirmişdir ki, humanizm və nəciblik kimi missiyaları şərəflə yerinə yetirən Heydər Əliyev Fondu və fondun prezidenti Mehriban xanım Əliyevanın ictimai-siyasi və mədəni həyatımızdakı rolu son dərəcə mühüm, xidmətləri danılmazdır. 

Respublikanın bütün bölgələrində olduğu kimi Füzuli rayonunda Heydər Əliyev Fondunun, fondun prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısını əhalimiz daim hiss edir. 

Son dörd ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Füzuli rayonunda 240 şagird yerlik tam orta məktəb, Tarix Diyarşünaslıq Muzeyi tikilərək istifadəyə verilmişdir.

         Heydər  Əliyev  Fondu füzulili  körpələri  də  yadından  çıxarmamışdır.  Hazırda  Heydər  Əliyev   Fondunun  maliyyə  dəstəyi ilə Horadiz  şəhərində  ən müasir standartlara cavab verən iki mərtəbəli 100 çarpayılıq uşaq bağçası azyaşıların istifadəsindədir. Fondun maliyyə dəstəyi ilə Bala  Bəhmənli  kəndində  tikilən 60 çarpayılıq uşaq baxçasının inşası yaxın günlərdə başa çatacaqdır. Əhmədbəyli kəndində isə 35 çarpayılıq körpələr evi-uşaq bağçasının tikintisi davam edir.  

Sonra bağçada uşaqların hazırladıqları “Bir balaca dünyam var adlı şənlik  olmuşdur. Bayram şənliyində uşaqların  hazırladıqları  rəqslər, şeirlər, şən və yumoristik səhnəciklərə tamaşa edilmişdir.

  










      

 


<!--[if !supportLineBreakNewLine]-->
<!--[endif]-->

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam