Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Sumqayıtda avtobus kartlarına pul yükləmək problemə çevrilib

Sumqayıtda avtobus kartlarına pul yükləmək problemə çevrilib

Sumqayıt şəhərində marşrut avtobuslarının fəaliyyətində kart sistemi tətbiq edildikdən sonra insanların kartlardan istifadəsi ilə bağlı problemlər yaranıb. Belə ki, sərnişinlər kartlara yüklədikləri pulun hesaba gec oturmasından, bəzən isə ümumiyyətlə oturmamasından şikayətlənirlər.

Yenixeber.org: Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı yanında Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsindən verilən açıqlamada problemin həlli ilə bağlı işlər aparıldığı bildirilib:

“Bu kimi texniki problemlər üzə çıxdıqca aradan qaldırılır. Problem tək karta pulun yüklənməsində gecikmənin olması deyil, başqa problemlər də olur. Onların da aradan qaldırılması üçün hazırda texniki heyət iş görür”.

“Müəyyən gecikmələr ola bilər, amma pulun kart hesabına oturmaması mümkün deyil”, - deyə qeyd edilib.

Məlumat üçün deyək ki, bu il sentyabrın 28-dən Sumqayıt şəhərində marşrut avtobuslarının fəaliyyətində kart sistemindən istifadə edilməsinə başlanılıb. Sərnişinlər kartları avtobus sürücülərindən əldə edirlər. Kartın qiyməti isə manatdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam