Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Alı Alıyev Respublika Günündə əsgər və zabitlərlə görüşüb

 

 "Xeberinfo.com":  Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birgə 28 may- Respublika Günü münasibəti ilə Müdafiə Nazirliyinin “N” saylı Hərbi Hissəsində xidmət edən əsgər və zabitlər görüş keçirib.

Alı Alıyev N saylı hərbi hissənin komandanlığı ilə birlikdə əvvəlcə ön xəttə olub, burada xidmət edən əsgərlərin xidməti vəziyyəti, məişət şəraiti ilə maraqlanıb, əsgərlərlə fərdi söhbətlər aparıb, onlara bayram sovqatı çatdırıb.

Şəxsi heyətlə keçirilən görüşdə çıxış edən Alı Alıyev Respublika Günü münasibətilə əsgər və zabitləri təbrik edib, onlara çətin və şərəfli xidmətlərində müvəffəqiyyətlər arzulayıb.  Alı Alıyev Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından və fəaliyyətindən danışıb. Bildirib ki, cəmi 23 ay ömür sürməsinə baxmayaraq, AXC çox çətin və mürəkkəb bir yol keçmiş, müsəlman Şərqində demokratik və ümumbəşəri dəyərlərə söykənən ilk respublika olmuşdur.

“AXC qısa müddət fəaliyyət göstərməsinə baxmayaraq Azərbaycan xalqına azadlığı hiss etmək imkanı vermiş, 70 il sonra-1991-ci ildə Azərbaycan yenidən öz müstəqilliyini bərpa etmişdir. Bu günki müstəqil Azərbaycan Respublikasının Azərbaycan Xalq Cumhuriyyətinin siyasi varisidir.

Alı Alıyev deyib ki, bu gün hər bir azərbaycanlının ən böyük arzusu Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunması və bayrağımızın Dağlıq Qarabağda dalğalanmasıdır:

“Mən inanıram ki, o gün uzaqda deyil və biz Ali Baş Komandan, Prezident Cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı işğaldan azad edəcəyik. Bu gün Prezident, Ali Baş Komandan İlham Əliyev rəhbərliyi altında Azərbaycanda müasir hərbi texnika ilə təchiz edilmiş, möhkəm nizam-intizama, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu formalaşmışdır”.

Alı Alıyev əsgərlərə Vətənimizin etibarlı müdafiəsi naminə nümunəvi xidmət, xoşbəxtlik arzulayıb. 

Digər Çıxış edənlər belə görüşlərin əsgərlərə mənəvi dəstək olduğunu, ruh yüksəkliyi yaratdığını vurğulayıblar.

 

 




Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam