Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Azad olunan ərazilərdə -aşkarlanan minaların sayı açıqlanıb

 

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Minalardan və partlamamış hərbi sursatlardan (PHS) təmizləmə üzrə İşçi Qrupun növbəti iclası keçirilib.

Yenixeber.org: İclasda Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA), Müdafiə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidməti nümayəndələri iştirak ediblər. Azad edilmiş ərazilərdə mina və partlamamış hərbi sursatların təmizlənməsi fəaliyyətinin icra olunması işlərinin əlaqələndirilməsi məqsədilə aidiyyəti dövlət orqanlarının nümayəndələrinin cəlb olunduğu Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə məsələləri üzrə İşçi Qrupunda işğaldan azad edilmiş ərazilərdə təmizləmə fəaliyyəti üzrə hesabatlar dinlənilib, hesabatlarda əksini tapmış məsələlər müzakirə olunub. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərdə icra edilən humanitar minatəmizləmə fəaliyyətinin gedişatı (2020-ci il 10 noyabr tarixindən bugünədək 5 430 hektar ərazi təmizlənib, 24 925 ədəd mina və PHS aşkar edilib, cari il ərzində isə 4 854 hektar ərazi təmizlənib, 14 884 ədəd mina və PHS aşkar edilərək zərərsizləşdirilib) barədə məlumat təqdim edilib.

Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən minatəmizləmə əməliyyatları barədə təqdim olunan məlumata əsasən cari ilin sentyabr ayının 1-23 tarixlərində Müdafiə Nazirliyinin mühəndis bölmələri tərəfindən Ağdam, Cəbrayıl, Füzuli, Xocavənd və Qubadlı rayonları üzrə 1119 hektar ərazi təmizlənib, 91 ədəd PHS aşkar edilib. Cəbrayıl, Zəngilan və Füzuli rayonları üzrə çox illik əkin sahələrinin təmizlənməsi başa çatıb, Qubadlı rayonunda isə 71 hektar ərazinin təmizlənməsi bitmək üzrədir. Bu sahələrdən 1628,626 ha ərazi təmizlənib, 427 ha ərazi isə təmizlənməli ərazidir.

Ümumilikdə 12 014 hektar ərazi mina və partlayıcı sursatlardan təmizlənib. Müdafiə Nazirliyinə verilmiş yeni layihə olan Ağdam rayonu “Xaçınarx 1” və “Xaçınarx 2” kanalı, eləcə də subartezian quyularının təmizlənməsi əməliyyatlarına başlanılması nəzərdə tutulub. Fövqəladə Hallar Nazirliyi tərəfindən işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə 13 sentyabr tarixində məlumatların təqdim olunduğu qeyd edilib. Şəxsi heyətin fərqli ölkələrdə təlim keçməsi səbəbindən ANAMA tərəfindən onların uyğunlaşdırma təliminə cəlb edilməsi, eləcə də FHN-nin 38 əməkdaşının Agentlik tərəfindən təlimlərdən sonra akkreditasiyadan keçirilməsi bildirilib.

Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilən minatəmizləmə əməliyyatları barədə təqdim olunan məlumata əsasən, ümumilikdə 286 hektar ərazi təmizlənib, 2 976 ədəd mina və partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

Müdafiə Nazirliyi tərəfindən təmizlənmiş ərazilərin məlumatları və koordinatlarının ANAMA-nın İnformasiya şöbəsinə dolğun və uyğun şəkildə ötürülməsinə dair müzakirələr aparılıb. Süni intellektdən istifadə edərək mina sahələrinin müəyyən edilməsi mövzusunda fikir mübadiləsi aparılıb, qeyd edilib ki, xarici şirkət tərəfindən təqdim olunmuş dronlar artıq test edilib və sahədəki yersəthi və yeraltındakı həm plastik, həm də metal minaların aşkar olunmasında, minalı və şübhəli sahələrin müəyyən olunmasında öz təsdiqini tapıb. Gün ərzində hava şəraitindən asılı olaraq 150-200 hektar ərazinin çəkilişini edir, çəkilmiş ərazinin emalı isə 4-5 gündən sonra xəritə üzərində təyin edilir.

Əhalinin təmizlənmiş ərazilərə köçəcəyi dövrdə mina və partlayıcı sursatların təhlükəsinə dair yarana biləcək risklərin azaldılması məqsədilə görüləcək işlərə dair təkliflərin hazırlanması vurğulanıb. Belə ki, ilk olaraq Zəngilana, infrastruktur layihələri başa çatdıqca isə digər rayonlara da vətəndaşların köç edilməsi başlayacaq. Bu isə öz növbəsində risklərin daha çox artmasına səbəb ola bilər. Baxmayaraq ki, maarifləndirmə fəaliyyəti həyata keçirilir, lakin köç prosesindən sonra tək bu fəaliyyətlə risklərin öhdəsindən gəlmək mümkün olmayacaq, artıq qarşıda fərqli risklər və fərqli öhdəliklər durur.

Qeyd olunan mövzunun daha geniş şəkildə müzakirəsi, müxtəlif şirkətlərdə çalışan insanların təhlükəsizliyinin təmin edilməsi, onları bu risklərdən qorumaq üçün görülə biləcək tədbirlər ətrafında fikir mübadiləsinin aparılması, eləcə də bu sahədə qurumların birgə kommunikasiya konsepsiyasının hazırlanması məqsədilə aidiyyəti qurumların nümayəndələrinin Zəngilana mümkün səfəri müzakirə edilib.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam