Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ordumuzun Baş Qərargah rəisi türkiyəli nazir müavini ilə görüşüb-FOTOLAR

Azərbaycan müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev ölkəmizdə işgüzar səfərdə olan Türkiyə milli müdafiə nazirinin müavini Muhsin Dərənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Yenixeber.org: Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə edilib.

Tərəflər hər iki ölkənin orduları arasında dostluq və qardaşlıq münasibətləri üzərində qurulan əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıblar.

Bölgədə təhlükəsizliyin təmin edilməsi məqsədilə Türkiyə ilə birgə keçirilən təlimlərin əhəmiyyəti xüsusi qeyd edilib və bundan sonra da bu istiqamətdə fəaliyyətlərin davam etdirilməsinin vacibliyi bildirilib.

Görüşdə tərəflər hərbi sahədə birgə sənayenin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam