Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Balakəndə sel fəlakəti :25 ailə köçürülüb

 

Balakəndə sel   : 25 ailə köçürülüb
Bu gün gecə saatlarından başlayaraq respublikanın şimal-qərb bölgəsinə yağan intensiv yağışlar nəticəsində bir sıra dağ çaylarında suyun artması, qısamüddətli sel və daşqın müşahidə olunub, Balakən və Zaqatala rayonlarının bir neçə yaşayış məntəqəsində bəzi fərdi evlər, həyətyanı və əkin sahələri, digər obyektlər və onların ətrafı subasmaya məruz qalıb.
Yenixeber.org: Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, bu gün saat 18:30 radələrində Balakən rayonunda davam edən yağış nəticəsində rayon ərazisindən keçən Balakən çayı məcrasından çıxdığı üçün çay sahilində yerləşən Salban yaşayış məntəqəsində 118 ailədən (450 nəfər) 25 ailənin (80 nəfər) köçürülməsi zərurəti yaranıb.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri, o cümlədən Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Aviasiya dəstəsi və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri tərəfindən su basmış ərazilərdə zəruri tədbirlər görülür və vəziyyət nəzarət altındadır.

Bundan əlavə, Zaqatala və Balakən rayonlarının bir sıra yaşayış məntəqələrində selin vurduğu zərər nəticəsində qaz, elektrik və su təchizatında problemlər yaranıb. Qaz, su və elektrik təchizatının bərpa edilməsi, həmçinin kənara çıxan su axınının məcrasına qaytarılması üçün FHN və digər aidiyyəti qurumların texnikaları və şəxsi heyəti ərazidə fəaliyyətini davam etdirir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam