Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Azərbaycanın bərpa olunan enerji sahəsinə orta biznes cəlb ediləcək

Azərbaycanın bərpa olunan enerji sahəsinə orta biznes cəlb ediləcək

Azərbaycanda bərpa olunan enerji mənbələrinin istifadəsinə, o cümlədən işğaldan azad olunmuş ərazilərdə su elektrik stansiyaların tikintisinə orta investorların cəlb olunmasını təmin edən qanunlar qəbul olunacaq.

Yenixeber.org: Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Almaniya – Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) tərəfindən hazırlanmış "Azərbaycanda Xarici Biznes: Biznes Mühiti üzrə Sorğu 2021"adlı hesabatının növbəti nəşrinin təqdimatı zamanı bildirib.

Dağ çaylarının yüksək enerji potensialını diqqəti cəlb edən nazir qeyd edib ki, yaşıl iqtisadiyyat, bərpa olunan enerji artıq həqiqətən həyata keçirilən layihələrdir.

“Bununla bağlı günəş və külək elektrik stansiyalarının tikintisinə dair iki layihə Səudiyyə Ətrəbistanı və BƏƏ-dən olan sərmayədarların başçılıq etdiyi konsorsiumlar tərəfindən həyata keçirilir. Həmçinin azad olunmuş ərazilərdə də yaşıl enerji ilə bağlı daha bir layihə də bəyənilib, bir neçə başqası ilə bağlı danışıqlar gedir”, – deyən nazir bu gün işgüzar fəaliyyətin pandemiyanın təsiri altında olduğunu dilə gətirib.

“Biz yeni, rəqəmsal iqtisadiyyat dövründə, sənaye inqilabı dövründə yaşayırıq, artıq Dördüncü Sənaye İnqilabına dair regional mərkəzimiz də var. Bu, süni zəka, avtomatik tədris, əşyalar interneti vs. sahəsində layihələr üzərində ixtisaslaşan nadir təsisatdır”.

Xatırladaq ki, Dünya İqtisadi Forumunun son zirvə görüşündə Prezident İlham Əliyev ilə forumun prezidenti Berge Brenda arasında Bakıda Dördüncü Sənaye İnqilabı regional mərkəzinin yaradılmasına dair anlaşma memorandumu imzalanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam