Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Dövlət qurumlarında koronavirusla bağlı son vəziyyət -Yoluxanlar, ölənlər...

 

Bütün dünya, eləcə də Azərbaycan il yarımdan çoxdur ki, pandemiya ilə mübarizə aparır. Son sutkada Azərbaycanda koronavirusa (COVID-19) 740 yeni yoluxma faktı qeydə alınıb, 2 442 nəfər müalicə olunaraq sağalıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 22 nəfər vəfat edib.

Yenixeber.org: Pandemiya şəraitinə baxmayaraq, ölkədə fəaliyyət görən dövlət qurumları vətəndaşlara xidmət göstərməyə davam edir. Sutka ərzində yoluxma sayından asılı olaraq, əksər qurumlar məhdud sayda əməkdaşla fəaliyyətini davam etdirir.

Qaçınılmaz deyil ki, qurumların əməkdaşları arasında da koronavirusa yoluxan və vəfat edənlər olub.

Ümumilikdə, dövlət qurumları arasında kiçik bir sorğu keçirdik. Bu günə qədər nə qədər əməkdaşın koronavirusa yoluxduğu, vəfat etdiyi və bu günə qədər nə qədər əməkdaşın vaksinasiya olunduğunu soruşduq.

Cavablar isə müxtəlif oldu.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli bildirib ki, əməkdaşlar arasında koronavirusa yoluxma faktları olsa da, bunun statistikası aparılmayıb:

“Mən də daxil olmaqla, hazırda əməkdaşlarımızın 90 %-dən çoxu vaksinasiya edilib. AAYDA ölkə ərazisində pandemiya ilə mübarizə çərçivəsində Nazirlər Kabineti tərəfindən təsdiq edilən karantin rejimi qaydalarına əməl etməklə qarşıya qoyulan vəzifələri yerinə yetirməyə davam edir”.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyevin sözlərinə görə, sentyabrın 16-na olan məlumata əsasən, qurumda çalışan 8 216 əməkdaşın 7 662-si vaksinin birinci dozasını vurdurub:

“Vaksinin ikinci dozasını isə vurduranların sayı 7 065 nəfərdir. Təəssüf ki, koronavirusa yoluxan əməkdaşlardan 14 nəfəri həyatını itirib”.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Xidmətindən verilən məlumata əsasən, sərhəd mühafizə qurumlarında COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması üzrə fəaliyyətlər çərçivəsində Dövlət Sərhəd Xidmətinin birləşmələrində hərbi qulluqçuların vaksinasiyası davam etdirilir.

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllının sözlərinə görə, qurum əməkdaşlarının 90 faizi vaksinasiyadan keçib. Onlar içərisində həm vaksinin iki dozasını, həm də üçüncü dozasını vurduranlar var. Proses də mütəmadi davam etdirilir. Təəssüf ki, qurum əməkdaşları arasında COVID-19 infeksiyasına yoluxanlardan 23 nəfər vəfat edib.

“Bakı Nəqliyyat Agentliyi”nin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mais Ağayev bildirib ki, onların əməkdaşları arasında koronavirusdan vəfat edənlər yoxdur:

“BNA-nın ümumilikdə əməkdaşlarının 95 faizi hər iki dozada peyvənd olunub. Hətta əməkdaşlarımızdan bəziləri vaksinin üçüncü dozasını da vurdurub. COVID-19 infeksiyasına yoluxanlar olub, lakin heç bir ölüm halı qeydə alınmayıb”.

“Azərenerji” ASC-də isə rəhbərlik də daxil olmaqla, əməkdaşların 99 faizi (həm bir, həm də ikinci doza) vaksin vurdurub. Məlumatda digər əməkdaşların isə əks-göstərişlərinin olduğu qeyd edilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İradə İbrahimova bildirib ki, nazirlik əməkdaşları da koronavirus əleyhinə peyvənd olunublar.

“Nazirlik əməkdaşlarının 90 faizindən çoxu vaksinasiya prosesində iştirak edib. Əməkdaşlarımızdan 94,52 faizi vaksinin birinci dozasını qəbul ediblər. Vaksinin hər iki doza qəbul edənlər 90,11 faiz təşkil edir”.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib ki, “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq BŞTİ-nin kollektivi də vaksinasiya prosesinə qoşulub:

“Bu günə olan məlumata əsasən, BŞTİ-nin 98 əməkdaşından 89-u vaksinasiya prosesində iştirak edib. Vaksinasiya prosesində iştirak etməyən 9 nəfərdən 3-ü “Əks-göstəriş sertifikatı”, 4-ü “İmmunitet sertifikatı” təqdim edib, 2 nəfər isə analıq məzuniyyətindədir. Qeyd edək ki, koronavirus pandemiyası dövründə sağlamlığına həssas yanaşan təhsil işçiləri zəruri olan vaksinasiya prosesində fəal iştirak edirlər. Artıq paytaxtın təhsil işçilərinin 90 faizi vaksinasiya prosesinə qoşulub. Bu isə tədrisin davamlılığı üçün vacib göstəricidir. Təhsil işçiləri həmişə yolgöstərən, maarifləndirən olub və bu, indi də belədir. Bu baxımdan bütün müəllimlər, təhsil işçiləri yaxşı anlayır ki, vaksinasiya prosesində fəallıq təkcə ənənəvi tədrisin bərpası üçün deyil, ümumilikdə cəmiyyətin gələcəyi üçün vacibdir”.

“Bakı Metropoliteni” QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən aldığımız məlumata görə, hazırda qurumun 4 817 nəfər işçisi vaksinasiya olunub. Onlardan 87 nəfər vaksinin birinci dozasını, 4 730 nəfər isə ikinci dozanı vurdurub. Koronavirusa yoluxan 15 nəfər əməkdaşımız isə vəfat edib.

“Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi”nin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Nazirliyin Aparatı və strukturuna daxil olan, eləcə də strukturuna daxil olmayan tabeliyindəki qurumların 17 789 əməkdaşından 16 367 nəfəri (faizlə 92,01 %) vaksinasiya olunub.

Hər iki doza vaksin olunanların sayı 14 798, birinci doza üzrə vaksin olunanların sayı 1 569 nəfər təşkil edir. COVID-19-a yoluxmuş əməkdaşların sayı 489 nəfərdir.

Qeyd edək ki, vaksinasiya prosesində iştirak davam edir, vaksin olunanların sayı gündəlik artır. Hazırda vaksinasiyadan keçməyən az sayda əməkdaşlar arasında randevu alanlar, sosial məzuniyyətdə olanlar və müəyyən xəstəliklər səbəbindən “Əks-göstəriş sertifikatı” əldə etmək üçün ərazi üzrə poliklinikalara müraciət edənlər vardır.

Onu da qeyd edək ki, Azərbaycanda indiyədək ümumilikdə 472 719 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 434 095 nəfər müalicə olunaraq sağalıb, 6 305 nəfər vəfat edib, aktiv xəstə sayı 32 319 nəfərdir.

Ölkədə son sutka ərzində 12 780, hazırkı dövrədək isə 4 744 161 test aparılıb.

Xatırladaq ki, Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1025 doza vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 410, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 615 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7 977 574, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 619 842, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 357 732 təşkil edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam