Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Şəki Penitensiar Müəssisəsində nöqsanlar aşkar edilib

 

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri tərəfindən Şəki Penitensiar Müəssisəsində əvvəlcədən xəbərdarlıq etmədən plandankənar başçəkmə həyata keçirilib.
Yenixeber.org: Ombudsman Aparatının yaydığı məlumata görə, BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolu və Ombudsman haqqında Konstitusiya Qanunu əsasında təşkil olunmuş başçəkmədə məqsəd daxil olmuş müraciətlərin, saxlanma şəraitinin və rəftar məsələlərinin araşdırılması, saxlanılan şəxslərin hüquqlarının təmin olunması, müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

Başçəkmə çərçivəsində saxlanma şəraitinin və rəftar məsələlərinin araşdırılması ilə bağlı Milli Preventiv Qrupun üzvləri tərəfindən Penitensiar Müəssisənin İstintaq Təcridxanası, Cərimə Təcridxanası, rejim korpuslarına, kitabxana, istirahət otağı, Tibbi Sanitar Hissəyə, uzun müddətli və qısa müddətli görüş otaqlarına, mətbəxə baxış keçirilib, bir çox təqsirləndirilən şəxslər və məhkumlar fərdi qaydada qəbul edilib, hüquqlarının təmin olunması vəziyyəti yerində araşdırılıb.

Başçəkmə zamanı İstintaq Təcridxanasında sıxlığın olduğu, həbs edilmiş yetkinlik yaşına çatmayan şəxsin yetkinlik yaşına çatmış şəxslə bir kamerada saxlanıldığı, İstintaq və Cərimə Təcridxanalarında yataq ləvazimatlarının çirkli və bir hissəsinin yarasız vəziyyətdə olduğu, Tibbi Sanitar Hissədə həkim çatışmazlığı müəyyən edilib.

Daxil olmuş müraciətlər yerində araşdırılıb, hər bir müraciət üzrə hüquqi məsləhətlər verilib, Ombudsmanın səlahiyyətləri izah olunub. Təqsirləndirilən şəxslər və məhkumlar müraciətlərinin araşdırılmasına görə Müvəkkilə təşəkkürlərini bildiriblər.

Yekunda Penitensiar Müəssisənin rəhbərliyi ilə hüquqi maarifləndirici söhbətlər aparılıb, milli və beynəlxalq qanunvericiliyə uyğun olaraq saxlanma şəraiti və sənədləşmə ilə bağlı müvafiq tövsiyələr verilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam