Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Azərbaycan mədəniyyəti -Sankt-Peterburqda festivalda təqdim olunacaq

Azərbaycan mədəniyyəti Sankt-Peterburqda festivalda təqdim olunacaq

Mədəniyyət naziri Anar Kərimov noyabrın 11-dən 13-dək Rusiyanın Sankt-Peterburq şəhərində 9-cu beynəlxalq mədəniyyət forumunda iştirak edəcək.

Yenixeber.org: Bu barədə nazirliyin mətbuat xidmətindən bildiriblər.

Qeyd olunub ki, Azərbaycan qonaq ölkə qismində forumda möhtəşəm proqram təqdim edəcək. Bu tədbirdə Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimləri iştirak edəcək, ölkəmizin müasir mədəniyyəti və ənənələri nümayiş etdiriləcək.

Əlamətdar tədbirlər arasında Ermitajın zalında Azərbaycanın daimi ekspozisiyasının açılışı, Üzeyir Hacıbəylinin adını daşıyan parkda bəstəkarın gələcək heykəlinin yerində təməl atılması yer alır.

Bununla yanaşı, Mariinski teatrında Fikrət Əmirovun "Min bir gecə" baleti təqdim olunacaq, eləcə də Azərbaycandan caz ifaçılarının konserti keçiriləcək.

Vizual incəsənət gənc azərbaycanlı kinematoqrafçıların filmləri ilə təqdim olunacaq.

Sank-Peterburq beynəlxalq mədəniyyət forumu Rusiya hökuməti, Mədəniyyət Nazirliyi və Sankt-Peterburq rəhbərliyi tərəfindən təşkil olunur. 2021-ci ildə "Qonaq ölkə" statusu Azərbaycan, Fransa və Cənubi Koreyaya verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam