Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Kabildəki partlayışda ölənlərin sayı artıb-YENİLƏNDİ

Kabildə baş verən partlayışda ölənlərin sayı artıb

Kabil hava limanı yaxınlığında törədilən terror aktı nəticəsində azı 13 nəfər həyatını itirib.

Yenixeber.org: Məlumata görə, bu barədə "Reuters" "Taliban"a istinadən xəbər verir.

Ölənlər arasında uşaqlar da var. Bundan əlavə, partlayış nəticəsində "Taliban"ın bir neçə döyüşçüsü yaralanıb.

18:30

Kabil hava limanı yaxınlığında baş verən partlayış nəticəsində azı 11 nəfər həlak olub.

Məlumata görə, bu barədə "Sky News" "Arabia" mənbələrinə istinadən xəbər verir.

"Əl-Cəzirə" telekanalının verdiyi məlumata görə, azı 15 nəfər yaralanıb.

"Reuters" agentliyinin verdiyi məlumata görə, ABŞ partlayışa səbəb kimi intihar hücumunun olduğunu təsdiqləyib. "The Wall Street Journal" qəzetinin yazdığına görə, ABŞ ordusu partlayışdan zərər çəkib.

"Fox" telekanalı hava limanı yaxınlığında ikinci partlayışın olması barədə məlumat yayıb.

18:09

Kabildə hava limanının yaxınlığında partlayış baş verib.

Bunu Pentaqonun sözçüsü Con Kirbi deyib.

Onun sözlərinə görə, hələlik zərərçəkənlər barədə dəqiq məlumat yoxdur.

Əfqanıstanlı jurnalist Bilal Sarvari tvitter hesabında Kabil hava limanında törədilən partlayışın intihar hücumunun nəticəsi olduğunu bildirib.

İlkin məlumata görə, partlayış nəticəsində iki nəfər ölüb.

Bundan əvvəl verilən məlumatda 15 nəfərin xəsarət aldığı bildirilirdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam