Redaktor seçimi
Cavid Qurbanovun əmisi oğlu niyə ölkədən qaçıb?! -
Gəncə şəhər stadionunun tikintisi mərhum nazirin oğlunun iş ortağına tapşırılıb -
Ağsuda dövlətin pulu küçələrin işıqlandırılması adı ilə “qaranlığa qərq olur” –
“Samur” Gömrük Terminalındakı Rüfət Qəhrəmanov kimdi? — Şahin Bağırovun adamı yoxsa… /
Bakı Dövlət Universitetində korrupsiya faktları aşkarlandı -
Sahil Babayevin gücü qarşısında Qanunlarımız və İcra Mexanizmi aciz qalıb -
Qusarçay Saleh Məmmədovun Daş Karxanasında belə “buxarlanır” –
Məzahir Pənahov dövlətin pulunu necə xərcləyir?:
Günün xəbəri

Niyaz Niftiyev aclığa başlamasının səbəblərini açıqladı – Təcridxanadan məktub

Niyaz Niftiyev aclığa başlamasının səbəblərini açıqladı – Təcridxanadan məktub

 

Məlum olduğu kimi, Bakı İstintaq Təcridxanasında saxlanılan Binəqədi bələdiyyəsinin sədri, tanınmış jurnalist Niyaz Niftiyev məhkəmə proseslərində qarşılaşdığı haqsızlığa etiraz olaraq aclıq aksiyasına başlayıb.

Yenixeber.org: O, bu aksiyaya başlamasının səbəblərini vəkili vasitəsilə göndərdiyi qısa məktubda açıqlayıb.

Həmin məktubu təqdim edirik:

“Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə mənim və qeyrilərinin barəsində olan cinayət işinin məhkəmə istintaqı yekunlaşıb. Məhkəmə iclaslarında şahid qismində dindirilmiş şahidlərin 15-i məişət tullantılarının daşınmasına görə Bələdiyyənin inzibati binasında yığımı həyata keçirən “Karat-60” MMC-nin əməkdaşlarına 3-18 manat civarında pul ödədiklərini, əvəzində kassa mədaxil qəbzlərini aldıqlarını, arayış alarkən heç kimə rüşvət vermədiklərini, onlardan əlavə pul tələb olunmadığını bildirmişlər.

Digər şahidlər isə ümumiyyətlə, arayışa görə borcları olmadığından heç bir vəsait ödəmədiklərini bildirmişlər. Mənim sədrlik etdiyim 07 aprel 2021-14 aprel 2021-ci ilə qədər verilən 3 arayışın yalnız 2-nə görə hər birindən 6 aylıq tullantılara görə 18 manat olmaqla, cəmi 36 manat pul alınmışdır. Bunlardan sonra dövlət ittihamçısı Cövdət Mehrəliyev barəmdə cəza tələb etməkdən imtina etdiyinə görə ağır cəza tələb edən digər ittihamçı prokurorla əvəz edilmişdir. Xatırladım ki, cinayət işinin istintaqını aparan 3 müstəntiq dəyişdirilmişdir. Bununla Baş Prokurorluq barəmdə bəraət hökmünün çıxarılmasına mane olmaq və məni həbsdə saxlamaq niyyətini göstərir. Mənə qarşı olan bu haqsızlıqa etiraz əlaməti olaraq 10.08.2021-ci tarixdən aclıq aksiyasına başlamışam.

Niyaz Niftiyev,
10.08.2021, Bakı İstintaq Təcridxanası”

Xatırladaq ki, N. Niftiyev saxlanılarkən ona qarşı Cinayət Məcəlləsinin 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddələri ilə ittiham irəli sürülmüşdü. Lakin istintaqın gedişatında bu ittihamlar öz təsdiqini tapa bilmədiyindən və ya bu maddələrlə onun həbsinin uzadılması mümkün olmadığından ittiham maddələri dəyişdirilib. Bu dəfə ona Azərbaycan Respublikası CM-nin 309.1, 311.3.1, 311.3.2 və 313-cü maddələri ilə ittiham irəli sürülüb.

Lakin məhkəmə istintaqı dövründə bu maddələr üzrə ittihamlar da öz təsdiqini tapmayıb. Məhkəmədə ifadə verən şahidlər, həmçinin, bələdiyyənin keçmiş sədri Mətanət Nəsibov və işdə adı keçən digər vəzifəli şəxslər də Niyaz Niftiyevin xeyrinə ifadə veriblər və bununla da ona qarşı irəli sürülən ittihamların əsassızlığını isbat ediblər.

N.Niftiyev uzun müddət jurnalist fəaliyyəti ilə məşğul olub, Preziden İlham Əliyev tərfindən “Tərəqqi” medalı ilə təltif olunub. Bir neçə elmi kitabın müəllifidir.

O, Mətbuat Şurası İdarə Heyətinin üzvüdür.(bakupost)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam