Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Dünya şöhrətli azərbaycanlı həkimlər -Bakıda qaziləri müayinə edirlər

Dünya şöhrətli azərbaycanlı həkimlər Bakıda qaziləri müayinə edirlər

Səhiyyə Nazirliyi və “YAŞAT” Fondunun təşkilatı dəstəyi ilə dünya şöhrətli azərbaycanlı alim həkimlərimiz öz təşəbbüsləri ilə qazilərimizi tibbi müayinə edirlər.

Yenixeber.org: Nazirlikdən verilən məlumata görə, avqustun 12-dən 14-ə kimi Kopenhagen Universitetinin (Danimarka) nevrologiya üzrə professoru, Beynəlxalq Başağrısı Cəmiyyətinin prezidenti Məsud Aşina, Harvard Universiteti Tibb Məktəbinin (ABŞ) dosenti, Boston şəhərində yerləşən Başağrısı Mərkəzinin direktoru Səid Aşina, Kopenhagen Universitetinin Başağrısı və Nevrologiya Mərkəzinin elmi işçisi Xəqan Aşina Bakı Sağlamlıq Mərkəzində planlaşdırılmış, şikayəti olan Vətən müharibəsi iştirakçılarının tibbi müayinə və müalicələrini aparırlar.

Qeyd edək ki, professor Məsud Aşina uzun illər Azərbaycandan uzaqda yaşasa da, doğma Vətəni heç vaxt unutmayıb, diasporamızla sıx əlaqədə olaraq hər zaman xalqımıza öz dəstəyini göstərib. Məsud Aşina Prezident İlham Əliyevin sərəncamı ilə “YAŞAT" Fondunun Himayəçilik Şurasının üzvü təyin edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam