Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Türkiyə və Pakistan parlamentlərinin sədrləri Bakıdadır-FOTOLAR

 

Türkiyə və Pakistan parlamentlərinin sədrləri Azərbaycana gəlib - YENİLƏNİB

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun və Pakistan İslam Respublikasının Milli Assambleyasının sədri Əsəd Qeysərin başçılıq etdikləri nümayəndə heyətləri iyulun 26-da Azərbaycana səfərə gəlib.

Yenixeber.org: Azərbaycanın, Türkiyənin və Pakistanın dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonaqları Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli, sədr müavini Adil Əliyev və Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı qarşılayıblar.

17:04

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Pakistan Milli Məclisinin sədri Əsəd Qayser Bakıda parlament sədrlərinin üçtərəfli görüşündə iştirak etmək üçün Azərbaycana yola düşüblər.

 “TRT Haber” xəbər verir ki, iyulun 27-də Türkiyə, Azərbaycan və Pakistan parlamentlərinin sədrləri Mustafa Şentop, Sahibə Qafarova, Əsəd Qayserinin iştirakı ilə Üçtərəfli Birinci toplantı başlayır.

Toplantının yekun sənədi olaraq “Bakı bəyannaməsi” imzalanacaq.

Üçtərəfli toplantıdan əvvəl iyulun 26-da Mustafa Şentop Fəxri Xiyabanda Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və Türk şəhidliyini ziyarət edəcək.

İyulun 28-də Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.

Mustafa Şentop səfər çərçivəsində Füzuli və Şuşa şəhərlərinə səfər edəcək.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam