Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

TÜRKİYƏDƏKİ YENİ SƏFİRİMİZ QARABAĞ MÜHARİBƏSİ VETERANIDIR -DOSYE

Prezident İlham Əliyev Rəşad Eynəddin oğlu Məmmədovu Azərbaycan Respublikasının Türkiyədə fövqəladə və səlahiyyətli səfiri təyin edib. Yeni vəzifəyə təyin edilən səfirin dosyesini təqdim edirik.

Yenixeber.org: Rəşad Eynəddin oğlu Məmmədov 1973-cu ildə Gəncə şəhərində anadan olub.

1990-1995 — Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb. 2002–2004 - G. Plexanov adına Rusiya Dövlət İqtisad Akademiyasının magistraturasını bitirib. 2017–2020 - Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin doktoranturasını bitirib.

R.Məmmədov Azərbaycan Respublikası Birinci Qarabağ müharibəsi veteranıdır. Goranboy ikinci ərazi batalyonunda və Müdafiə Nazirliyinin Murov istiqamətində döyüş şəraitində olan “N” saylı hərbi hissəsində döyüş yolu keçib. 1995–1996 - Bakı Hərbi Prokurorluğunda Mühafizə bölməsinin rəisi olub.

1996–2000 - Bakı Hərbi Prokurorunun köməkçisi, 2000–2001-ci ildə Xarici İşlər Nazirliyi MDB idarəsində attaşe, 2001–2006 - Azərbaycan Respublikasının Rusiyadakı Səfirliyində üçüncü katib, ikinci katib, 2006–2008 - Xarici İşlər Nazirliyinin Konsulluq idarəsində Konsuluq Hüquq məsələləri şöbəsinin müdiri vəzifəsində çalışıb.

O, 2008–2010 - Azərbaycan Respublikasının Qazaxıstan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğunda Baş Konsulun vəzifəsini icra edib. 2010 - Prezidentinin Sərəncamı ilə Birinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi diplomatik rütbəsi verilib.

2010–2015 - Azərbaycan Respublikasının Qazaxıstan Respublikasının Aktau Şəhərindəki Baş Konsulu olub, 2015-2021 - Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsində çalışıb.

R.Məmmədov İlham Əliyevin Sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni Qazaxıstan Respublikasının Prezidenti N.Nazarbayevin Sərəncamı ilə “Qazaxıstanın müstəqilliyinin 25 illiyi” və bir sıra medallarla təltif olunub.

Səfir ingilis və rus dillərini bilir.

Evlidir, üç övladı var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam