Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Türkiyə dünyanın ilk drondaşıyan gəmisini yaratdı -Dəniz "Bayraqdar"ı

Dəniz "Bayraqdar"ı:  Türkiyə dünyanın ilk drondaşıyan gəmisini yaratdı
Türkiyə Ordusu Pilotsuz Uçuş Aparatları(PUA) ilə güclənməkdə davam edir. Yeni türk universal desant gəmisi olan "TCG Anadolu" iki növ yerli PUA - "Bayraktar TB3" və "MIUS" ilə silahlandırılacaq. Bu, dünyada gəmilərdə dronlardan istifadəyə aid ilk nümunədir.
Yenixeber.org: Rəmzi poladkəsmə mərasimi 30 aprel 2016-cı il tarixində Tuzla şəhərindəki "Sedef Tuzla Tersanesi"də baş tutan çoxtəyinatlı "TCG Anadolu" gəmisinin bu ilin sonuna qədər xidmətə qəbulu planlaşdırılır. Halbuki, əvvəlcə onun 2022-ci ildə hazır olacağı gözlənilirdi.


Türk Donanması tarixindəki ən böyük döyüş gəmisi olan "TCG Anadolu"nun ilk sınaqlarını 4 may 2019-cu ildə keçirilib. Gəminin neçəyə başa gəldiyi açıqlanmayıb. Ancaq ehtimal kimi 1,4-1,7 milyard dollar arası bir məbləğ göstərilir.

"TCG Anadolu"nun uzunluğu 232, eni 38, hündürlüyü isə 58 metrdir. İspaniyanın "Navantia" gəmiqayırma şirkəti tərəfindən modernləşdirilmiş layihəyə əsasən inşa edilir. 10-a yaxın helikopter daşıya biləcək və qitələrarası xidmət aparmaq xüsusiyyəti olacaq. Gəminin ümumi subasımı təxminən 28.000 tondur. 350 nəfərlik əsas, 700 nəfərlik əlavə heyəti var. "TCG Anadolu" humanitar əməliyyatlar üçün göyərtəsində 5 minə qədər insanı qəbul edə biləcək.


Xatırladaq ki, bu ilin may ayında “Forbes” Türkiyənin dünyanın ilk dron daşıyan gəmisini hazırlayacağını yazmışdı. Qeyd edilirdi ki, məşhur türk PUA-ları artıq dəniz donanmasında da xidmət aparacaqlar.

Gəmidə olacaq MİUS bugünlərdə Türkiyənin “Baykar” şirkəti tərəfindən Qurban bayramı hədiyyəsi olaraq elan edildi. "Baykar"ın texniki direktoru Səlçuk Bayraktar istehsal ediləcək pilotsuz döyüş təyyarə sisteminin (MİUS) görüntülərini sosial mediada paylaşaraq bu layihənin xəyalını 12 ildən çoxdur qurduqlarını söyləmişdi.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam