Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

RAYONLARDAN BAKIYA AXIN BAŞLADI -Avtovağzallarda və yollarda vəziyyət necədir? + VİDEO

Qurban bayramını bölgələrdə yaşayan yaxınları ilə qeyd etmək üçün rayonlara üz tutan sərnişinlər artıq paytaxta qayıtmağa başlayıblar. Bu səbəbdən rayonlardakı şəhərlərarası avtovağzallar gücləndirilmiş iş rejimində çalışır. Bəs bayramı fürsət bilən şəhərlərarası fəaliyyət göstərən taksi qiymətləri hansı səviyyədədir?

Yenixeber.org: Qurban bayramı günlərində Paytaxt Bakıdan Lənkərana gələn sərnişinlərin sayında artım müşahidə olunub.

Lənkəran avtovağzalından verilən məlumata görə, bayram günlərində rayona gələn və gedən sərnişinlərin sayı adi günlərdən 2 dəfəyə kimi artıb. Bu artım nəzərə alınaraq, xətlərə əlavə avtobuslar buraxılıb. Qiymətlərə gəlincə isə, avtovağzal rəsmisi süni qiymət artımına ciddi nəzarət edildiyini, gedişhaqlarının tarif şurasının müəyyən etdiyi qaydalara uyğun həyata keçirildiyini bildirdi.

Paytaxta üz tutanlar avtobuslarla bərabər taksilərdən də istifadə edirlər. Sürücülərin sözlərinə görə, bayram günlərində qiymətlər əvvəlki günlərlə eyni səviyyədə qalıb.

Gəncədən paytaxta sərnişin daşıyan avtobus və mikroavtobuslar öz qrafikləri üzrə hərəkət edirlər. Bayram tətilinin son günləri olmasına baxmayaraq, Gəncə avtovağzalında nəzərəçarpacaq sıxlıq müşahidə olunmur. Bakı istiqamətinə yola düşən iri və orta tutumlu avtobusların sərnişin yükü adi günlərdəkindən fərqlənmir. Biletlərin qiymətində də dəyişiklik yoxdur.

Taksilərlə bağlı vəziyyət də eynidir. Bakıya taksiylə getmək istəyənlər üçün yol xərcləri adi günlərdəkindən fərqlənmir.

Bayram günlərində Şəkidən digər rayonlara gedən sərnişinlərin sayında ciddi artım olmasa da, Bakı istiqamətində sərnişindaşımada intensivlik artıb.

Bayram günlərində paytaxta, ətraf rayon və şəhərlərə sərnişin daşıyan taksilər də bu günlərdə qiymət artırmadıqlarını bildiriblər.

Avtovağzallardan onu da bildirdilər ki, bu bayram sıxlığın yaşanmamasına səbəb sərnişinlər arasında tələbə kontingentinin olmamasıdır. Eyni zamanda artıq gecə reyslərinin istifadəyə verilməsi də gündüz olan sərnişin yükünü azaltmağa kömək edib.

 

 

4 günlük istirahətdən sonra paytaxtdakı yollarda vəziyyət açqlanıb.

Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, hazırda Bakı – Sumqayıt şossesi - Xırdalan dairəsinin tam yanından başlayaraq, bütün şosse boyunca, 20 Yanvar dairəsi istiqamətində güclü sıxlıq müşahidə olunur.

Həmçinin, Koroğlu Rəhimov küçəsi - Akademik Həsən Əliyev küçəsi istiqamətində də sıxlıqdır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam