Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

Gənclər və idman naziri kim olacaq? -Sürpriz namizəd

Gənclər və idman naziri kim olacaq?  - Sürpriz namizəd

Bir müddət öncə dünyasını dəyişən gənclər və idman naziri Azad Rəhimovdan sonra bu qurum hələ də nazir olmadan fəaliyyət göstərir.

Yenixeber.org: İki ay öncə nazir vəzifəsinə təyin edilə biləcək ən potensiallı namizədlər sırasında gənclər və idman nazirinin müavinləri İntiqam Babayev (hazırda nazir vəzifəsini icra edir) və Fərhad Hacıyev, hətta Formula-1 yarışlarından tanınan və hazıra millət vəkili olan Nigar Arpadarainin adı çəkilirdi.

Buna baxmayaraq, aradan keçən bu müddət ərzində nazir təyinatı gerçəkləşməyib.

Redaksiyamıza daxil olan məlumata görə, hazırda ölkənin siyasi elitasında bu posta əsas namizəd kimi daha çox “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov müzakirə edilir.

1975-ci il təvəllüdlü Vüqar Əhmədov yaxşı təhsil görmüş və uğurlu karyeraya sahib şəxslərdəndir. O, Azərbaycan Dövlət İqtisad Universitetini menecment ixtisası üzrə bitirib, daha sonra Dövlət İdarəçilik Akademiyasında dövlət və bələdiyyə idarəetməsi ixtisasına yiyələnib.

Rusiya Federasiyası Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasında isə 3-cü təhsil alıb.

İqtisadiyyat Nazirliyində İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktoru olub.

2015-ci ildən “Azərişıq” ASC-nin sədr müavini, 2020-ci ildən isə sözügedən qurumun sədri təyin edilib. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam