Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Məktəb direktoruna 208 il həbs cəzası verilib-SƏBƏB

Meksikanın paytaxtı Mexikoda 2017-ci ildə baş vermiş zəlzələ nəticəsində çökən Enrike Rebsamen adına özəl ibtidai məktəbin məsul direktoru ehtiyatsızlıqdan 26 nəfərin ölümünə səbəb olmaqda ittiham edilərək, 208 il müddətinə həbs cəzasına məhkum edilib.

Yenixeber.org: Bu barədə ölkə prokurorluğu məlumat yayıb.

“Mexiko şəhərinin Baş Prokurorluğu bildirir ki, prokurorluğun təqdim etdiyi istintaq və sübutlar nəticəsində cinayət məhkəməsinin hakimi 26 nəfərin qətlində təqsirləndirilən şəxsə 208 il müddətinə həbs cəzası verib”, - deyə prokurorluğun saytında yerləşdirilən məlumatda qeyd olunub.

Həbs edilməklə yanaşı o, maddi zərərin əvəzi kimi insident zamanı ölənlərin hər birinin ailəsinə 377,5 min peso (18,9 min dollar) ödəməlidir.

Prokurorluğun açıqlamasında bildirilir ki, Xuan Mario Velarde Qames zəlzələyə meyilli Mexikoda məktəbin lazımi stres testlərini aparmadan və inzibati və inşaat qanun pozuntularına əhəmiyyət vermədən bir strukturun təhlükəsizliyinə zəmanət verib.

Xatırladaq ki, 19 sentyabr 2017-ci il tarixində baş verən zəlzələ zamanı binanın çökməsi nəticəsində 19 uşaq və 7 böyük ölüb.(“RİA Novosti”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam