Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Azərbaycan -Trans-Baltik kəməri ilə Ukraynaya qaz ixrac edə bilər

Azərbaycan Trans-Baltik kəməri ilə Ukraynaya qaz ixrac edə bilər

Azərbaycan Ukraynaya qaz tədarükü ilə bağlı yeni mənbələrdən biri ola bilər.

Yenixeber.org: Bunu Ukraynanın Qaz Nəqli Operatoru Sisteminin müştərilərlə iş şöbəsinin müdiri Andrey Prokofyev enerji sahəsində əməkdaşlıq üzrə Ukrayna-Azərbaycan işçi qrupunun 4-cü iclasında çıxışı zamanı bildirib.

“Biz Ukrayna ilə Azərbaycanın neft-qaz şirkətləri arasındakı əməkdaşlığı çox yüksək qiymətləndiririk və bunun inkişafında maraqlıyıq. Vacib olanı isə budur ki, Azərbaycan tərəfinin də Ukraynaya qaz tədarükü imkanlarını inkişaf etdirmək üçün marağı var”, - deyə o bildirib.

Xatırladaq ki, hazırda Azərbaycandan Ukraynaya təbii qazın nəqli Türkiyə ərazisindən və daha sonra Trans-Balkan boru kəməri ilə mümkündür.

Qeyd edək ki, Ukrayna Qaz Nəqli Sistemi Operatoru 2020-ci ilin avqust ayında müştərilərinin istəyi ilə ilk dəfə Trans-Balkan qaz dəhlizi ilə Yunanıstandan Bolqarıstanın və Rumıniyanın qaz nəqli sistemləri vasitəsilə Ukraynaya revers qaz nəqlini həyata keçirib. Bu da Trans-Balkan marşrutunun texniki imkanlarını nümayiş etdirmiş olub.

2020-ci ildən bəri Ukrayna ilə Avropa ölkələri arasında dövlətlərarası əlaqə nöqtələrinin istismarı Avropa İttifaqının Üçüncü Enerji Paketinin tələblərinə uyğun olaraq, üçüncü tərəflərin hərraclar yolu ilə imkanlara sərbəst girişini təmin edir.

A. Prokofyev əlavə edib ki, Ukraynanın Qaz Nəqli Sistemi Operatoru idxal imkanlarını artırmaq üçün Trans-Balkan marşrutu boyunca təbii qaz nəqlinin inkişafı üzrə Rumıniya və Moldovadan olan tərəfdaşları ilə əməkdaşlığı davam etdirir: "Bu da Azərbaycandan olan tərəfdaşlarla əməkdaşlığın inkişafı üçün daha yaxşı şərait yaradacaq”.

Qeyd edək ki, Ukraynada illik təbii qaz istehlakı təxminən 30 mlrd kubmetr təşkil edir. Bunun da təxminən illik 20 mlrd kubmetri daxili istehsalı sayəsində ödənilir. İdxal olunan qaza tələbat isə təxminən 10 mlrd kubmetr təşkil edir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam