Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

ABŞ Azərbaycanın humanitar addımını alqışladı - Entoni Blinkendən açıqlama

 

“ABŞ Azərbaycanın saxlanılan 15 ermənini azad etməsini və onların ailələrinə qayıtmasını alqışlayır. Biz həmçinin Ermənistanın Azərbaycana ərazilərin minalardan təmizlənməsini asanlaşdıracaq və gələcəkdə itkilərin qarşısını alacaq vacib məlumatı təqdim etməsi barədə qərarını da təqdir edirik”.

Yenixeber.org: Gürcüstan büromuz xəbər verir ki, bu barədə ABŞ Dövlət Departameninin saytında yerləşdirilən məlumatda bildirilib.

Dövlət katibi Entoni Blinken prosesdə oynadığı mühüm rola görə Gürcüstanın baş naziri İrakli Qaribaşvili və hökumətə minnətdarlıq edib: “Gürcüstanın addımları bölgə xalqlarının layiq olduqları dinc və firavan gələcəyə yaxınlaşdırmağa xidmət edəcək”.

Onun sözlərinə görə, ABŞ əlavə əməkdaşlıq üçün zəmin olacaq bu cür addımları dəstəkləməkdən məmnundur: “Biz bütün saxlanılan şəxslərin qaytarılmasına çağırış etməkdə davam edirik və bölgə ölkələrinin əməkdaşlığı davam etdirmək və aralarındakı həll olunmamış məsələlərin aradan qaldırılmasında səylərində kömək etməyə hazırıq. Biz həmçinin Ermənistan və Azərbaycanı ATƏT-in Minsk qrupu həmsədlərinin himayəsi altında münaqişənin hərtərəfli siyasi həlli istiqamətində substantiv danışıqları bərpa etməyə çağırırıq”.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam