Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Türkiyədə -“Təhlükəsiz Turizm Sertifikatı” alan mehmanxana sayı 5216-ya çatıb

Türkiyədə “Təhlükəsiz Turizm Sertifikatı” alan mehmanxana sayı 5216-ya çatıb

Yenixeber.org: Dünyanı ağuşuna alan koronavirus (COVID-19) pandemiyası müddətində Türkiyə turizm sahəsində gördüyü tədbirlərlə nümunə olub.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi ilə başladılan və COVID-19-a qarşı bütün tədbirlərin görüldüyünü təsdiqləyən Təhlükəsiz Turizm Sertifikatı Proqramı çərçivəsində xidmət göstərən turizm sektoru istirahət üçün gələnlərdə təhlükəsizlik hissi yaradır. Proqram çərçivəsində otellərdən tutmuş restoranlara, kafelərə və transfer xidməti göstərən nəqliyyat vasitələrinə qədər kriteriyalar müəyyənləşdirilib.

Turizm müəssisələrində göstərilən xidmətin yerli və xarici turistlərin etibarını qazanmasıyla Türkiyə digər məkanlar arasında təsirini artırıb.

Turistlər seçimlərində “Təhlükəsiz Turizm Sertifikatı Proqramı”nın iki qolu olan “təhlükəsizlik” və “gigiyena”nı əsas götürürlər.

Sertifikatlaşdırma proqramının effektivliyinin artması, bəzi ölkələrin bu tətbiqi nümunə götürməsi və şəhərə gələn turistlərin məmnun qayıtması sektor nümayəndələrini sevindirir.

Türkiyənin Turizm Tanıtma və İnkişaf Agentliyindən əldə edilən məlumata görə, bütün meyarları yerinə yetirərək özünü təsdiqləyən 2871-i nazirlik, 2345-i isə bələdiyyə sertifikatına sahib olan 5216 mehmanxana Təhlükəsiz Turizm Sertifikatı almağa haqq qazanıb.

Mehmanxana sektoru ilə yanaşı 2035 restoran və kafe, 2836 nəqliyyat vasitəsi (tur və transfer vasitələri), 21 mədəniyyət və konqres mərkəzi, 327 dəniz turizm obyekti ilə nəqliyyat vasitəsi (istirahət gəmiləri və bənzər nəqliyyat vasitələri) və 10 tema parkı olmaqla ümumilikdə 10457 müəssisə və nəqliyyat vasitəsinə sertifikat verilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam