Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Baş Prokurorluqdan -Niyaz Niftiyevlə bağlı açıqlama

Baş Prokurorluqdan Niyaz Niftiyevlə bağlı açıqlama
Bəzi kütləvi informasiya vasitələrində Binəqədi qəsəbəsi Bələdiyyəsinin sabiq sədri Niyaz Niftiyevin barəsində əsassız olaraq həbs qətimkan tədbirinin seçilməsi və cinayət işi üzrə süründürməçiliyə yol verilməsi barədə həqiqəti əks etdirməyən informasiyalar yayılıb.
Yenixeber.org: Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, konkret faktlara əsaslanmayan, dəqiqləşdirilməmiş, ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən həmin məlumatlar tərəfimizdən təkzib olunur.

Bildirilib ki, Binəqədi qəsəbəsi Bələdiyyəsinin sabiq sədri Niyaz Niftiyev 17 yanvar 2020-ci il tarixdən 7 aprel 2020-ci il tarixədək rəhbərlik etdiyi qurumun digər 2 nəfər vəzifəli şəxsi ilə birlikdə qabaqcadan əlbir olaraq koronavirus infeksiyasının (COVİD-19) ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan xüsusi karantin rejimi qaydalarını pozaraq ayrı-ayrı şəxslərə 24 halda sərbəst hərəkətlərinə icazələrin verilməsi üçün saxta arayışlar vermək müqabilində təkrarən rüşvət alıb, özü üçün qanunsuz üstünlük əldə etməklə vəzifə saxtakarlığı törədib.

Faktla bağlı başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində 18 aprel 2020-ci il tarixdə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Niyaz Niftiyevə Cinayət Məcəlləsinin 309.1 (vəzifə səlahiyyətlərini aşma), 311.3.1, 311.3.2 (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan olunub.

23 dekabr 2020-ci il tarixdə cinayət işi üzrə tərtib edilmiş ittiham aktı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində təsdiq edilərək, iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hazırda cinayət işi məhkəmə baxışındadır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam