Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Tural Gəncəliyev 29 il sonra Şuşadakı evinə gedib-FOTO

  

"Bu il Ramazan bayramı dövlətimiz və xalqımız üçün, o cümlədən, 29 il bundan əvvəl öz torpaqlarından didərgin düşmüş və artıq Qarabağa geri dönən Azərbaycan vətəndaşları üçün çox əlamətdar oldu. Biz böyük fəxarət və qürur hissi ilə Ramazan bayramını Qarabağda, doğma Şuşamızda qeyd edirik".

Yenixeber.org: Bunu “Qarabağa dönüş” İctimai Birliyinin sədri, deputat Tural Gəncəliyev deyib.

O bildirib ki, bu il müqəddəs Ramazan bayramını Şuşada, öz evlərində qeyd etdiyi üçün çox xoşbəxtdir: "Çox xoşbəxtəm ki, bu günü görmək mənə də nəsib oldu. Öz evimizdə, öz torpağımızda gözəl bayramımızı qeyd edirik. 29 il sonra öz evimi görə bilmək xoşbəxtliyi mənə nəsib oldu. Təbii ki, hamımız sevincliyik. Sevincimiz və gözəl hisslərimiz əbədi olsun.

Düşmən bizi öz torpaqlarımızdan 30 il ayrı saxlasa da, bu Ramazanda torpaqlarımıza geri dönməyimizlə qürurumuz və mənəviyyatımız özümüzə qayıtdı. Ruhumuzu, mənəviyyatımızı qoruyaraq geri döndük. Fürsətdən istifadə edib bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Şuşadakı Yuxarı Gövhərağa məscidində bayram namazının qılınması çox gözəl hissdir".


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="622" height="575" src="https://www.youtube.com/embed/eRkyhD8ICDo" title="Tramp dəstəyi kəsərsə, nə olacaq? | Ukraynaya böyük təhlükə" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam