Redaktor seçimi
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
Günün xəbəri

Sərhədçilərimiz ermənilərdən götürülmüş hərbi qənimətləri xidmətdə istifadə edir - FOTOLAR+VİDEO

 

Dövlət Sərhəd Xidmətinin (DSX) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi media-tur çərçivəsində jurnalistlər Sərhəd Qoşunlarının Qubadlı Əlahiddə Sərhəd Diviziyasının Mahmudlu Hərbi Poliqonunda olublar.

 Yenixeber.org: Jurnalistlər poliqonu gəzib, burada yaradılmış şəraitlə tanış olublar.

DSX-nın mətbuat mərkəzinin əməkdaşı, polkovnik-leytenant Rəşad Məşədiyev bildirib ki, Mahmudlu Hərbi Poliqonunda bölmələrin döyüş hazırlığının yüksəldilməsi üçün hər cür şərait var: “Burada döyüş texnikası, atıcı silahlar, zenit qurğular və minaatanlardan atəş açmaq və atışların qiymətləndirilməsi imkanları mövcuddur.

Eyni zamanda döyüş texnikalarının trenajor zallarında modulları quraşdırılıb. Şəxsi heyət texnikadan istifadə etməni mənimsəmək üçün trenajorlar üzərində məşqlər keçirə bilir”.

Jurnalistlərin diqqətinə o da çatdırılıb ki, Vətən müharibəsində Ermənistan ordusundan qənimət götürülmüş hərbi texnikalardan bir neçəsi poliqonun ərazisində saxlanılır. Azərbaycan sərhədçiləri yararlı olan həmin texnikalardan da xidmətdə istifadə edirlər.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam