Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Azərbaycanda -xarici diplomlar yeni qaydalarla tanınacaq

Azərbaycanda xarici diplomlar yeni qaydalarla tanınacaq

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli Fərmanına əsasən, Təhsil Nazirliyinin tabeliyində olan Akkreditasiya və Nostrifikasiya İdarəsi çevrilmə yolu ilə yenidən təşkil edilmiş və publik hüquqi şəxs statusu olan “Təhsildə Keyfiyyət Təminatı Agentliyi” yaradılıb. Agentliyin əsas fəaliyyətlərindən biri xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının, yəni xarici diplomların tanınması olaraq müəyyənləşdirilib. Onun fəaliyyəti xaricdə keyfiyyətli təhsil almış şəxslərin ölkəmizdə təhsillərinə davam etməsinə və əmək bazarına daxil olmasına daha da rahat imkan yaradır.

Yenixeber.org: Agentlikdən bildirilib ki, bu məsuliyyətli fəaliyyətin vaxtında və keyfiyyətlə icrasının təmin edilməsi üçün dövr ərzində bir çox texnoloji, innovativ işlər görülüb, hüquqi baza təkmilləşdirilib. Belə ki, beynəlxalq təcrübə də nəzərə alınmaqla tanınma prosesinin təkmilləşdirilməsi və sənədləşmə tələblərinin sadələşdirilməsi məqsədi ilə xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydalarının yeni layihəsi hazırlanıb.

Elektron Ərizə Sistemi yenidən təşkil olunaraq, “Sıfır Təmas” prinsipi tətbiq edilib. Vətəndaşların rahatlıqla kabinetlərindən əldə edə biləcəkləri elektron arayışlar istifadəyə verilib. Ərizəçilərin diplomlarının tanınması barədə yekun qərarın daha da sürətli verilməsi üçün digər qurumlar ilə real vaxt rejimində inteqrasiyalar aparılıb. Təsadüfi deyil ki, artıq 2021-ci il ərzində ərizələrin orta icra müddəti 20 gündən də az müddətə tamamlanıb.

Paralel olaraq tanınma haqqında şəhadətnamələrin tamamilə elektron qaydada verilməsi üçün texniki işlər tamamlanaraq, sənədlərin həqiqiliyinin təsdiqi üçün həm də QR yoxlama mexanizmi hazırlanıb. Sözügedən işlər tanınma prosesində vətəndaş-məmur təmasını sıfıra endirilməsilə yanaşı bütün proseslərin daha da şəffaf və sürətli təşkil edilməsinə dəstək olub.

Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 24 dekabr 2020-ci il tarixli, 507 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması xidmətləri ilə əlaqədar digər xidmətlərin siyahısı və göstərilən xidmətlərə görə ödəniləcək haqların məbləği”nə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması üzrə sənədlərin qəbulu və ekspertizasının keçirilməsinə görə 250 manat məbləğində xidmət haqqı təsdiq edilib.

"Sonda, bir daha vətəndaşlarımıza Təhsildə Keyfiyyət Təminatı Agentliyi xaricdə təhsil sahəsində, o cümlədən xarici diplomların tanınması ilə bağlı heç bir şirkət və fiziki şəxslə əməkdaşlıq etmədiyini, eləcə də, bu şəxslərin və şirkətlərin fəaliyyətinə görə məsuliyyət daşımadığını bildiririk. Vətəndaşlarımızdan bu kimi hallarla rasltaşdıqları halda info@tkta.edu.az elektron poçt ünvanına müraciət etmələrini xahiş edirik", - məlumatda bildirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam