Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Polşa, Ukrayna, Estoniya, Latviya və Litva mühüm sənəd imzaladılar-BƏYANNAMƏ

 

Polşa, Ukrayna, Estoniya, Latviya və Litva prezidentləri Varşavada birgə bəyannamə imzalayıblar.

 Yenixeber.org: Bu barədə Ukrayna Prezidentinin Ofisi xəbər yayıb.

Qeyd olunur ki, Polşa Konstitusiyasının yaradılmasının 230 illiyi mərasimində iştirak edən dövlət başçıları imzaladıqları birgə bəyannamədə ölkələrdə azadlıq, suverenlik, ərazi bütövlüyü, demokratiya, qanunun aliliyi, bərabərlik və həmrəyliyi dəstəkləməyin lazım olduğunu bildiriblər.

“Keçmişin təcrübəsini xatırladaraq, bölgədəki mövcud əməkdaşlığımızın uğurlarından qürur duyuruq, çətinlikləri anlayırıq, gələcəyə ümid bəsləyirik. Avropada köklənmiş ortaq irsimizin və ortaq evimizin uğurlarına inandığımızı bildiririk. Sivilizasiya Avropanın da bir ev kimi təməl dəyərlər və prinsiplər üzərində qurulmasını tələb edir. İnanırıq ki, hamımız üçün xalqlarımızın həmrəyliyi xüsusilə ümumi təhlükəsizliyimizə yönəlmiş müasir təhdidlər qarşısında sülhün, sabitliyin, inkişafın, çiçəklənmənin və davamlılığın təməl daşlarından biridir. Bu inamı rəhbər tutaraq dövlətlər arasında dialoqa və əməkdaşlığa davam edəcəyik”, - deyə sənəddə vurğulanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam