Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Günün xəbəri

Fransalı aktyor Ərdoğana məktub göndərib-SƏBƏB

 

Fransalı komediya aktyoru  Diedonne M'Bala Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana siyasi sığınacaq verilməsi xahişi ilə məktub göndərib.

Yenixeber.org: "Türkiyə Respublikasının Prezidentinə açıq məktub" iki dildə hazırlanıb.

M'Bala yazır ki, artıq 20 ildir Fransada təhdidlərə, şantajlara və ayrı-seçkiliyə məruz qalır. Üstəlik, onun ünvanına hücumlar İsrailin Fələstinlə bağlı mövqeyini tənqid etməsindən sonra başlayıb.

"Mən fransızları və 30 il ərzində güldürdüyüm bütün insanları çox sevirəm. Ancaq mənim ölkəmin bəzi rəhbərləri vətəndaşları bərabər vəziyyətə qoymurlar və nəticədə qaradərililər ayrı-seçkiliyə məruz qalırlar. Mən artıq Fransada özümü təhlükəsiz hiss etmirəm, həyatım təhlükə altındadır", - deyə Türk liderinə ünvanlanmış məktubda bildirilir.

M'Bala vurğulayır ki, müasir Türkiyə onun gözlərində güclü hüquqi dövlətdir, burada ayrı - seçkiliyin və təhqirlərin istənilən formasına yol verilmir, hüquqa zidd hərəkət etməyə çalışanlar isə qanunun bütün ciddiliyi ilə məsuliyyət daşıyırlar.

"Mən Türkiyəyə son aylarda bir neçə dəfə səfər etmişəm. Mən qonaqpərvərliklə üzləşdim və qadın və kişilərin davranışından çox təsirləndim. Türkiyə sakinlərində insana, anadan olandan gələn qürur və hörmət hiss etdim. Qürur və hörmət müasir dünyada insanların axtardığı yeganə şeydir. Bu baxımdan Sizdən barışıq və sülh içində yaşaya biləcəyim Türkiyədə mənə siyasi sığınacaq verməyinizi xahiş edirəm.

Hörmətli Türkiyə Prezidenti, hörmət və ən xoş arzularımla, xahişimi qəbul etməyinizi xahiş edirəm”, - deyə məktubda daha sonra deyilir.(“Anadolu")


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam