Redaktor seçimi
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Günün xəbəri

Korotçenko -"Ermənilər Ağdamı məqsədyönlü şəkildə yerlə-yeksan ediblər"

Korotçenko: Ermənilər Ağdamı məqsədyönlü şəkildə yerlə-yeksan ediblər

“Ağdam rayonunda olduq. Şəhər yerlə-yeksan edilib. Bu, məqsədyönlü şəkildə edilib. Ətrafda minalanmış sahələr var. Əlbəttə ki, beynəlxalq hüquq baxımından bu, erməni komandanlığının ən vəhşi müharibə cinayətidir”.

Yenixeber.org: Bunu Rusiya bürosuna hərbi ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Rusiya nümayəndə heyətinin tərkibində Azərbaycanın Ağdam rayonuna səfərini şərh edərkən deyib.

“Salamat qalan yeganə bina məsciddir. O da ermənilər üçün hərbi obyekt olduğuna görə salamat qalıb. Bu, yenə də müharibə qaydalarını müəyyən edən bütün mövcud normalara ziddir”, – Korotçenko deyib.

Ekspert qeyd edib ki, Ermənistan özündən sonra məhv edilmiş şəhərlərdən başqa, minalanmış sahələr də qoyub: “Əvvəllər erməni işğalı altında olmuş ərazilərdə minalı sahələrin xəritələrinin verilməsinə dair tələblər tamamilə ədalətlidir və humanitar məsələlərdən irəli gəlir. İşğal altında olmuş torpaqlarda hazırda yeni nəqliyyat infrastrukturu yaradılır, yeni hava limanları inşa edilir. İşlərin əsas hissəsi başlayıb və inkişaf mərhələsindədir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam