Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

Qarabağda məhv edilən erməni polkovnikin meyiti tapıldı - FOTOLAR

 

Müharibənin bitməsinə baxmayaraq, hələ də döyüş əməliyyatları zamanı şanlı Ordumuz tərəfindən məhv edilmiş erməni hərbçilərinin meyitlərinin axtarışı davam edir.
Yenixeber.org: Döyüşlərdə ölənlərin və itkin düşənlərin sayı gizlədilsə də, Azərbaycan tərəfinin humanistlik göstərərək işğaldan azad edilmiş ərazilərdə axtarışlar üçün yaratdığı şərait nəticəsində məhv edilmiş hərbçilərin meyitləri aşkar edildikdə Ermənistan müdafiə nazirliyi bu barədə məlumat vermək məcburiyyətində qalır.



Məlumatda deyilir ki, bu günlərdə adı gizlədilən daha bir yüksək rütbəli Ermənistan ordusunun zabitinin meyiti aşkarlanıb. Həmin zabitin kimliyi təyin edildikdən sonra dəfn olunub. Məlum olub ki, dəfn olunan yüksək rütbəli zabit Ermənistan silahlı qüvvələrinin snayperlər məktəbinin rəisi olmuş polkovnik-leytenant Artur Akopyandır.

Erməni zabiti öz dəstəsi ilə, 10 oktyabr 2020-ci il tarixdə Qubadlı-Cəbrayıl istiqamətində gedən döyüşlər zamanı Azərbaycan Ordusunun hərbçiləri tərəfindən məhv edilmişdi və 5 aydan çox idi ki, itkin düşənlərin siyahısında idi.



Döyüşdə ölən erməni hərbçilərin axtarışları davam edir və görünən odur ki, Ermənistan müdafiə nazirliyi itkilərin sayını hələ də gizlətməkdə davam edir. Diqqət çəkən məqam ondan ibarətdir ki, döyüşlər zamanı məhv edilən Qarabağdan olan ermənilərin adları heç bir rəsmi siyahıya daxil edilməyib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam