Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Balakəndə -karantin rejimini pozanlar məsuliyyətə cəlb olunub

Balakəndə karantin rejimini pozanlar məsuliyyətə cəlb olunub

Koronavirus pandemiyasının kütləvi yayılmasının qarşısının alınması, xüsusi karantin rejimi qaydalarına riayət olunması məqsədilə Balakəndə növbəti reyd keçirilib.

DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan yenixeber.org-a verilən məlumata görə, polis əməkdaşları şəhər ərazisində yerləşən obyektlərdə sosial məsafəni gözləməyən, tibbi maskalardan istifadə etməyən vətəndaşlarla profilaktik söhbətlər aparıblar. Obyekt sahibləri, alıcı və satıcıların diqqətinə karantin qaydalarına riayət etmələrinin vacibliyi çatdırılıb, qanunun tələbləri bir daha onlara izah edilib. Tədbir zamanı edilən xəbərdarlıqlara məhəl qoymayan, qaydalara biganə yanaşan şəxslər inzibati məsuliyyətə cəlb olunublar.

Həmçinin ictimai nəqliyyat vasitələrində qoruyucu maskalardan istifadə etməyən sərnişin və sürücülər, taksilərdə şəffaf arakəsmələr quraşdırmayan şəxslər də Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən müəyyən edilib. Onların barəsində qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam