Redaktor seçimi
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Yevlax şəhər 7 nömrəli məktəbdə "yoxlama" adlı ŞOU:
QHT-lərə Dövlət Dəstəyi Agentliyindən Dövlət başçısının mövqeyinə sayqısızlıq-
Yevlax təhsilində nə baş verir?-Antimilli şəbəkə,Vətənə xəyanət həddi, yoxsa...??? -
İmtiyazlı QHT-lər, şişirdilmiş büdcələr – Qrant sistemində nə baş verir?! /
Anar Əlizadə ilə Adnan Əhmədzadənin “market imperiyasi”nin QARANLIQ HESABI:
QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydalar kağız üzərində... -
Səkinə Sadıxovanın başı üzərində “dolanan qara buludlar”:
Günün xəbəri

Oxçuçayın çirklənməsi digər sərhəd çaylardan daha çoxdur -RƏSMİ

"Bu ilin üç ayı ərzində aparılan monitorinqlərə görə Oxçuçayda nikel, dəmir və mis-molibdenin normadan dəfələrlə artıq olması aşkarlanıb".

Yenixeber.org: Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Mehman Nəbiyev Zəngilanda jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, mənbəyini Zəngəzur dağ silsiləsindən götürən Oxçuçay Zəngilan rayonu ərazisindən keçərək Araz çayına tökülür: "Bu çayın mənbəyində yerləşən Kacaran mis-molibden saflaşdırma kombinatının tullantıları, eyni zamanda məişət tullantı suları təmizlənmədən Oxçuçaya axıdılır. Bu da həmin çayda ağır metalların normadan artıq olmasına səbəb olur. ETSN tərəfindən çaylarda aparılan montorinqlər göstərir ki, bu çayın çirklənməsi digər sərhəd çaylardan daha çoxdur. Yanvar, fevral, mart aylarında aparılan monitorinqlərə görə bu çaylarda nikelin miqdarı 7 dəfə, dəmirin 4 dəfə, mis-molibdenin isə 2 dəfə normadan artıq olub".

M.Nəbiyev deyib ki, martın əvvəllərində Oxçuçayın vizual olaraq da çox çirklənməsi qeydə alınıb: "Həmin günlərdə çay hövzəsində bioresusların, xüsusilə qiymətli növ olan farel balıqlarının kütləvi məhvi aşkarlanıb. Hazırda da çayın çirklənməsi davam edir. Qacaran və Qafan yataqlarının istehsal gücünün artırılması çayın dəfələrlə çirklənməsini artırıb".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam