Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Azərbaycanda qəribə hadisə: Mövcud olmayan şirkət tender qalibi oldu -FOTOFAKT


Bakı şəhər Baş Səhiyyə İdarəsi tərəfindən keçirilən tenderlərin qalib “Piramida-F.R.” MMC olub.
Yenixeber.org: Açıqlanan rəsmi məlumatda bu MMC-nin liftlərə texniki xidmət göstərəcəyi qeyd olunub. Bu iş üçün Bakı şəhər Baş Səhiyyə İdarəsi “Piramida-F.R.” MMC-yə 28 min 79 manat 92 qəpik ödəyəcək.
Maraqlıdır ki, açıqlanan rəsmi məlumatlarda “Piramida-F.R.” MMC-nin  VÖEN-i (Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi) “1500429791” olaraq göstərilib. Kommersiya qurumlarının dövlət reyestri məlumatlarında qeyd olunan VÖEN nömrəsinə uyğun “Piramida-F.R.” MMC adlı şirkət mövcud deyil. Reyestr məlumatlarında VÖEN-i “1500429791” olan yalnız “Harmony İndustrial Construction and Enginering Group” MMC barədə məlumat var. Bu şirkətin 28.02.2005-ci ildə dövlət qeydiyyatına alındığı və 10 manat nizamnamə kapitalına malik olduğu qeyd olunur. Hüquqi ünvanı Nərimanov rayonu, Ceyhun Hacıbəyli, ev 52, m. 20-də yerləşən şirkətin qanuni təmsilçisi Orucov Əlövsət Bilal oğludur.
Hazırda reyestr məlumatlarında “Piramida-F.R.” adlı şirkət mövcud olmadığı halda, bu şirkətin tender müsabiqələrində necə iştirak etdiyi müəmma olaraq qalır. Hətta ötən il “Piramida-F.R.” MMC  adından mətbuata açıqlma verilib və bildirilib ki, “Piramida-F.R.” MMC-nin fəaliyyəti Azərbaycan respublikasının qanunlarına uyğun şəkildə, tam şəffaflıq prinsipləri ilə davam etdirilir. 
Bildilirilib ki, şirkət fəaliyyətini respublikanın vergi və sahibkarlıq qanunvericiliyinə uyğun şəkildə qurub.
Lakin qeyd edək ki, 20.08.2020-ci il tarixinə olan məlumata görə kommersiya qurumlarının dövlət reyestri məlumatlarında adı “Harmony İndustrial Construction and Enginering Group” MMC olan, lakin “etender.gov.az” saytında “Piramida-F.R.” MMC olaraq göstərilən şirkətin dövlət büdcəsinə 542 min 291 manat 38 qəpik vergi borcu olub. Bugünə olan sonuncu məlumata görə MMC-nin dövlət büdcəsinə hələ də 96 min 947 manat 13 qəpik vergi borcu var.
Onu da bildirək ki, vergi borcu olan şirkətlərin tenderdə iştirakı “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə də mümkün deyil.
Məlumat üçün bildirək ki, “Piramida-F.R.” MMC 2010-cu ildən bugünə kimi onlarla tender müsabiqəsinin qalibi olub. Şirkət milyon manatlıq böyük tenderlərin də qalibi olub. “Piramida-F.R.” MMC 2015-ci ildə Ağcabədi Rayon İcra Hakimiyyətinin 2 milyon 700 min manatlıq tender müsabiqəsini udub.
Onu da bildirək ki, ötən il Dövlət Əmək Müfəttişliyi Xidməti "Piramida-F.R." MMC barədə protokol tərtib edib. Xətai Rayon Məhkəməsi bu protokola əsasən, şirkətin İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərini (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) pozmaqda təqsirli bilərək 20 min manat cərimə edilməsi barədə qərar çıxarıb.
Bundan başqa, 2018-ci ildə Azərbaycanın ən böyük sement istehsalçısı olan “Holcim” ASC də "Piramida-F.R." MMC-ni məhkəməyə verib. "Piramida-F.R." MMC “Holcim” ASC-yə olan borcunu ödəməməkdə təqsirli bilinib və borcun hissə-hissə ödənilməsi barədə qərar  verilib.
"Piramida-F.R." MMC ilə bağlı diqqət çəkən məqamlardan biri də odur ki, bu şirkətin qeydiyyatda olduğu ünvanda daha 2 şirkət qeydiyyatdadır. Bunlardan biri qanuni təmsilçisi yenə də Orucov Əlövsət Bilal oğlu olan “Piramida-2001” firması, digəri isə qanuni təmsilçisi Orucova Maya Zülfüqar qızı (soyadları eynidir) olan “A-Marble” MMC-dir.





Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam