Hadrutun keçmiş “meri”ndən etiraflar: “Generalların çoxu döyüşdən qaçırdı”
İşğal dövründə Xocavənd rayonunun Hadrud (Ağoğlan) qəsəbəsinin qondarma "meri" olmuş Vahan Savadyan Ermənistan rəhbərliyini tənqid atəşinə tutub.
Yenixeber.org: Savadyan erməni KİV-lərinə müsahibəsində 30 ilə yaxın müddətdə Hadrutda, habelə Qarabağ bölgəsində quruculuq işlərinin aparılmadığını, qəsəbənin bərbad vəziyyətdə saxlanıldığını deyib.
“Artsax”(Qarabağ-red.) rəhbərləri kimi istəyirdilərsə, onu da seçirdilər. Yerli əhalinin səsi, fikri önəm daşımırdı. Problemlər həddindən artıq çox idi. 30 il ərzində rayon mərkəzinə xüsusi diqqət ayrılmırdı. Hara baxırdınsa, problem var idi. Düzdür, 30 il ərzində nələrsə, etməyə çalışırdılar. Amma fotolara baxsaq, 88-ci ildən 2020-ci ilə qədər hansısa dəyişikliklərin olmasını görmərik. Əlbəttə, biz görürdük ki, Azərbaycan necə ciddi hazırlıq işləri aparır. Onların hansı silahları alması, istifadə etməsi sirr deyildi. Amma sentyabrda belə bir güc və qəfləti heç kim gözləmirdi. Bütün bu 30 il ərzində rəhbərlik gözəl anlayırdı ki, Azərbaycan silahlar alırsa, deməli, müharibəyə hazırlaşır. Bunun qarşılığında ciddi tədbirlər görülmürdü”.
Savadyan qeyd edib ki, Hadrutda yerli döyüşçülərlə yanaşı Ermənistandan və Cəbrayıldan gələn bir neçə yüz erməni könüllü və hərbçi vuruşub. Amma onları hansısa vahid komandalıqla idarə edən olmayıb:
“Mən bir general görmədim ki, burada müdafiə təşkil etsin. Digər istiqamətlərdə, əlbəttə, generallar döyüş əməliyyatları qururdular. Amma bir çoxu sadəcə qaçdı və ortalıqda görünmədilər. Məsələn, Hadrutda bir daha deyirəm ki, general görmədim. Bir dəfə Vahram Poqosyan (Separatçı rejimin mətbuat katibi - red) mənə zəng etdi. O dedi “Vahan, Azərbaycan Prezidenti “Tvitter” səhifəsində yazdı ki, bu gün Hadrut azad edilib. İntervyu verə bilərsənmi ki, bu belə deyil? Təsəvvür edirsiniz, Hadrutun təhlükəsizliyini təşkil etmək əvəzinə hansısa populizmlə məşğul olurlar. Düzdür, mən dostumla müsahibə verməyə getdim, amma internet və işıq da olmadı ki, bütün bunları yazaq, dərc edək. Əvəzində atəş altına düşdük. Sonradan Artsrun Ovanesyan (Müdafiə Nazirliyinin keçmiş nümayəndəsi-red) gələrək müəyyən yerlərdə fotolar çəkdirib, müsahibə verib getdi. Yeri gəlmişkən, Artsruna da əmrlər verirdilər, ola bilsin bütün bunları o özü fikirləşmirdi. Amma hər gün deyirdi ki, hər şey normaldı, işlər qaydasında gedir, biz tezliklə irəli gedəcəyik, qələbə çalacağıq və s. Beləcə, bütün əhali inanırdı və düşünürdü ki, indi nə isə baş verəcək, bu dəqiq möcüzə olacaq, rəhbərlik hansısa uğur əldə edəcək. Əslində belə deyildi...”
Keçmiş "mer" düşdükləri vəziyyətə görə, kimlərin günahkar olması barədə fikirlərini bölüşərək deyib:
“Əlbəttə, günahlar 30 ildə səmərəsiz fəaliyyətdən qaynaqlanır. Təbii ki, Paşinyanın da günahları var, keçmiş rəhbərlərin də. Paşinyan Qarabağa fərqli yanaşdı. Biz hamımız görürdük ki, o, Ermənistanda hakimiyyətə necə gəldi və nələrisə müsbət yönə dəyişdi. Oturub gözləyirdik ki, Qarabağ erməniləri üçün də müsbət dəyişikliklər edəcək. Amma o qəfildən gələrək elə şeylər danışdı ki... Nikol Qarabağda ədalətli seçkilər baş tutub dedi. Aha, sən hansı ədalətli seçkilərdən danışırsan? Heç bir ədalətli seçkidən söhbət gedə bilməzdi. Bu bəyanatdan sonra Qarabağ erməniləri Paşinyana artıq fərqli şəkildə baxmağa başladılar. Deyərdim ki, 90 faiz insan düşünürdü ki, Nikol gəlib torpağı verəcək. İnsanların beynini zəhərləmişdilər. Hazırda isə Arayik Arutyunyan insanları toplayıb Manukyana dəstək aksiyalarına göndərməklə məşğuldur”.