Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

İspaniyanın nüfuzlu qəzeti -Müharibədən sonra Qarabağa qayıdış

İspaniyanın nüfuzlu qəzeti: Müharibədən sonra Qarabağa qayıdış

Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında iştirak edən jurnalistlər ölkəmizlə bağlı həqiqətləri işıqlandırmaqda davam edirlər. Həmin jurnalistlər işğaldan azad olunmuş rayonlarımıza da səfər edib, erməni vəhşiliyini gözləri ilə görüb və bu barədə dünya ictimaiyyətini ətraflı məlumatlandırırlar. Növbəti belə məqalə İspaniyanın nüfuzlu “La Vanguardia” qəzetində dərc olunub.

Yenixeber.org: Jordi Joan Banosun müəllifi olduğu “Müharibədən sonra Qarabağa qayıdış” adlı məqalənin xülasəsini təqdim edir.

Doğma yurdlarından didərgin düşmüş azərbaycanlılar evlərinə qayıtmaq üçün genişmiqyaslı təmir-bərpa işlərinin bitməsini gözləyirlər.

Yüz minlərlə köçkün bir vaxtlar onlara mənsub olan diyarlarına - Qarabağa qayıtmaq istəyirlər və 30 illik həsrətdən sonra səbirsizlənirlər. Onları oraya tələsdirən 3-4 divardan savayı, bir izin qalmadığı dədə-baba yurdlarını tamamilə yenidən inşa etmək istəyidir. Ancaq, ilk növbədə, Azərbaycan dövləti bu əraziləri minalardan təmizləməlidir, bu, minlərlə kilometr ərazi deməkdir. “Minalar hər tərəfdədir. Ermənistan minalanmış sahələrin xəritəsini verməkdən boyun qaçırır və ya belə bir xəritənin mövcud olmadığını iddia edir”, - deyə Azərbaycan tərəfi bildirir.

Beləliklə, 30 il əkilib-becərilmədən daş dövrünə geri qayıtmış bu ərazilərdə ilk iş elektrik dirəklərinin, yüksəkgərginlikli qüllələrin qurulması oldu. Hazırda ilk elektrik stansiyası inşa edilir.

Bir müddət bundan öncə yalnız xarabalıq və müharibə izlərinin olduğu bu ərazilərdə indi irihəcmli işlər gedir. Məsələn, minalardan təmizləmə, təmizlənmış ərazilərdə elektrik xətlərinin çəkilişi və yolların salınması. Füzuli rayonunda “Beynəlxalq hava limanı” yazısı ilə rastlaşırıq.

“Azərbaycan Hava Yolları”nın nümayəndəsi Füzulidə tikilən hava limanının ölkənin ən böyük aeroportlarından biri olacağını bildirib. Hansı ki, ermənilər bu əraziləri - Füzuli və Ağdam rayonlarının bir hissəsini işğal zamanı viran qoyublar.

Xocavənd rayonunun azad olunmuş Böyük Tağlar kəndində Azərbaycan və Türkiyə bayraqlarının əks olunduğu lövhələr diqqəti cəlb edir.

On dörd yaşına qədər Ağdamda yaşamış və 1990-cı illərin əvvəllərinə kimi böyük əksəriyyəti azərbaycanlılardan ibarət olmuş şəhərin girişində məyus olmuş tur bələdçimiz qarışıq hisslər keçirdiyini söyləyir: “Bu yerlərdən məcburi köçürülmüş azərbaycanlılar artıq geri qayıda bilərlər. Onların evləri Suriyadan və ya Livandan buraya köçürülmüş ermənilər tərəfindən zəbt olunmuşdu”.

Böyük Tağlar kəndi, eyni zamanda, Avrasiyanın ən qədim mağaraları ilə məşhurdur.

Zəfər yolu azərbaycanlılar üçün qeyri-adi bir şəhər olan Şuşaya gedən yoldur.

Azərbaycan bu günlərdə 26 fevral tarixini – müharibənin ən qanlı, amansız səhifəsi olan Xocalı faciəsini anıb. İyirmi doqquz il əvvəl böyük əksəriyyəti azərbaycanlılardan ibarət olan Xocalı şəhəri etnik təmizləməyə məruz qalıb. Altı min sakin qaçmağa məcbur olub. Hər 10 nəfərdən biri öldürülüb.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyev deyir ki, Xocalı faciəsinin müəllifləri heç vaxt cəzalandırılmadılar. Bu səbəbdən yalnız barış deyil, həm də Balkanlarda, Sierra Leonada və ya Ruandada olduğu kimi, ədalət də vacibdir. Bütün törədilənlərin cəzasız qalması isə Ermənistanın Gəncədə mülki şəxsləri bombardman etməsinə gətirib çıxardı.

Beş yaşında məcburi köçkün düşən Samira Hüseynova deyir ki, yalnız ədalət qalib gəlsə, sakitlik tapacağıq.

Bölgədə bərpa işlərinin tam həyata keçirilməsini ərazilərə basdırılmış minalar məhdudlaşdırır. Təlim keçmiş itləri olan minatəmizləyənlər yeganə təhlükəsiz ərazi sayılan asfalt yollarla yanaşı, digər əraziləri də yoxlayırlar.

Şuşaya çəkilən və Zəfər adlanan yolun azərbaycanlılar üçün böyük əhəmiyyəti var.

Heç şübhəsiz, Azərbaycan öz ərazisinin ən gözəl guşəsini azad etdi. Bu torpaqlar azərbaycanlıların əcdadlarının dəfn olunduqları və uşaqlıq xəyallarının onları gözlədiyi yerlərdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam