Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Şəhid polkovnik-leytenantın ailəsinin yaşadığı iddia olunan ev müzakirələrə səbəb olub -FOTO


Vətən müharibəsində şəhid olan polkovnik-leytenant Mehman Qəmbərovun valideynlərinin yaşadığı iddia olunan ev sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Yenixeber.org: Şəhidin valideynlərinin yaşadığı deyilən evin fotosunu jurnalist Elgün Gəncimsoy paylaşıb.
"Şəhid polkovnik-leytenant Mehman Qəmbərovun valideynlərinin yaşadıği evdir. Həyat yoldaşı isə uşaqların təhsilinə görə Bakı şəhərində kirayədə yaşayır. Hələ müharibə olmamışdan əvvəl Mehman qardaşımla xidmət etdiyi hərbi hissədə görüşlərimizin birində "Elgün, atamgil Bərdədə çətin şəraitdə yaşayır. "Qaçqınkom"a neçə dəfə müraciət etmişik xeyri olmayıb..." - demişdi. 
Məsələ ilə ətraflı maraqlanıb Mehman Qəmbərovla Şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc xanımla əlaqələndirdim. Sevinc xanım sağ olsun əlindən gələni əsirgəmədi. Ancaq ailənin daxmadan köçürülməsi mümkün olmadı. Verilən vədlərə əməl edilmədi. 
Ağdam rayonundan olan məcburi köçkün ailəsi hələ də gördüyünüz bu daxmada yaşayır. 
Kifayət qədər iki yerdən ev alan məcburi köçkün ailəsini göstərə bilərəm. Axı necə ola bilər ki, Şəhid polkovnikin valideynləri bu şəraitdə yaşayır?! Bu hansı normaya, hansı vicdan qəlibinə sığır?!", jurnalist qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam