Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

DTX-nin rəisi Türkiyədə hərbi qulluqçuların həlak olması ilə bağlı -başsağlığı verib

 

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akara, Baş Qərargah rəisi ordu generalı cənab Yaşar Gülerə və Milli İstihbarat Təşkilatının rəhbəri cənab Hakan Fidana başsağlığı ünvanlayıb.

Yenixeber.org: Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytı xəbər verir ki, başsağlığında bildirilir:

"Qardaş Türkiyə Respublikasının Quru Qoşunlarına məxsus hərbi helikopterin Bitlisdə qəzaya uğraması nəticəsində Elazığ 8-ci ordu korpusunun komandiri korpus generalı Osman Erbaşın, digər yüksək rütbəli hərbi qulluqçuların həlak olması və yaralanması, Şırnak bölgəsində hərbi avtomaşının aşması nəticəsində on bir hərbi qulluqçunun xəsarət alması xəbəri bizi dərindən kədərləndirdi.

Şəhid olanlara Allahdan rəhmət diləyir, ailələrinə dərin hüznlə başsağlığı verir və onların dərdlərinə şərik olduğumuzu bildiririk. Bütün yaralılara tezliklə sağalmaları üçün şəfa arzulayırıq".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam