Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ərdoğan -Qarabağ Zəfəri və Xocalı qətliamı haqqında serial çəkilməsi barədə tapşırıq verib

Ərdoğan Qarabağ Zəfəri və Xocalı qətliamı haqqında serial çəkilməsi barədə tapşırıq verib

“Cənab Prezidentimizin tapşırığı ilə Qarabağ Zəfəri ilə yanaşı, Qafqaz İslam Ordusu və Xocalı qətliamı kimi tarixi hadisələr haqqında Türkiyə və Azərbaycan birgə serial, film layihələri həyata keçirəcək”.

Yenixeber.org: Bunu Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun Azərbaycanın mədəniyyət naziri Anar Kərimov ilə görüşdə söyləyib.

O bildirib ki, bu cür layihələrin həm milli, həm də dünya miqyasında mətbuat və rəqəmsal platformalarda yer alması təmin ediləcək: “Həmin layihələrdə tarix və ideallarımızın birliyini ən güclü şəkildə vurğulayacağıq. Serial və film sektorlarımızın birlikdə işləməsi və təcrübələrini paylaşması çox önəmlidir”.

F.Altun vurğulayıb ki, iki ölkənin tarixi olayları ilə yanaşı, ortaq dəyərlərini gündəmə gətirən birgə sərgi, simpozium keçirilə, nəşrlər hazırlana bilər.

O, sözügedən fəaliyyətlərin Türkiyə və Azərbaycan vətəndaşları ilə məhdudlaşmamasının vacibliyini diqqətə çatdırıb:
“Beynəlxalq təşkilatlar və platformalarda fəaliyyətlərimizi sıx əməkdaşlıq və koordinasiya edilmiş formada həyata keçirəcəyik. Azərbaycan Prezidenti, cənab İlham Əliyevin gündəmə gətirdiyi, Prezidentimiz, cənab Rəcəb Tayyib Ərdoğanın da dəstək verdiyi çoxtərəfli regional əməkdaşlıq platforması təklifini də dünyaya anlatmalıyıq. Ermənistanın Qarabağdakı mədəni irsə vurduğu zərərləri dünyanın gündəminə gətirib, işğal altındakı torpaqların azad olunmasından sonra həyata keçirilən işləri beynəlxalq ictimaiyyətə çatdırmalıyıq”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam