Redaktor seçimi
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
Günün xəbəri

Baş infeksionist -əhaliyə müraciət etdi

“COVID-19 infeksion xəstəliklərdən biridir. Bizim bu infeksiyaya yoluxub-yoluxmamağımız, yoluxduqda xəstəliyi simptomsuz və ya müxtəlif əlamətlərlə yüngül və ya ağır, fəsadların inkişafı ilə keçirməyimiz məhz fərdi immunitetimizdən asılıdır”.

Yenixeber.org: Bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

Baş infeksionist bildirib ki, digər infeksion xəstəliklərdə olduğu kimi koronavirus zamanı da anadangəlmə, qazanılmış immunçatışmazlığı, yanaşı xroniki xəstəlikləri olan insanların böyük bir hissəsi risk qrupu olaraq xəstəliyi daha ağır keçirir: “Bu səbəbdən onlarda müxtəlif ağırlaşmalar baş verir ki, bəzən bu ölümə səbəb olur. Ona görə də COVID-19-dan qorunmağın başlıca yolu gigiyenik qaydalara əməl etmək və immunitetimizi gücləndirməklə yanaşı vaksinasiya vasitəsilə infeksiyaya qarşı süni immunitetin əldə olunmasıdır”.

Mütəxəssis eyni zamanda immuniteti necə dəstəkləmək lazım olduğunu və gücləndirmənin yollarını da açıqlayıb: “İmmun sistemimizi qorumağa və gücləndirməyə kömək edəcək bir neçə tövsiyələr var. Bura illik qrip peyvəndi də daxil olmaqla vaksinasiya cədvəlinə laqeyd yanaşmamaq, qida maddələrin, vitaminlərin və mineralların miqdarının balanslı qəbuluna diqqət etmək, normal bir gecə yuxusunu təmin etmək daxildir. Yuxu zamanı yeni immun hüceyrələr əmələ gəlir. Bədənin müqavimətinin azalmasına səbəb olduğu üçün stressdən yayınmaq lazımdır. Yaxşı bir əhval-ruhiyyənin sağlamlığın açarı olduğuna dair fikirlər əfsanə deyil, çünki immuntetimiz sinir və hormonal sistemlərlə qarşılıqlı əlaqədə işləyir. Özünüzü fiziki formada saxlayın, açıq havada daha çox vaxt keçirin. Yaxşı qan dövranı immun hüceyrələrin bədənimizin hər tərəfinə çatmasına və qoruyucu funksiyasını yerinə yetirməsinə imkan yaradır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam