Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

BMT bu hakimiyyəti tanımamağa çağırdı

BMT baş katibinin Myanmadakı xüsusi elçisi Kristin Şraner Burgener dövlətləri bu ölkənin hərbi hakimiyyətinin legitimliyini tanımamağa çağırıb.

Yenixeber.org: BMT Baş Assambleyasında adıçəkilən ölkəyə dair keçirilən müzakirələr zamanı diplomat bildirib:

“Hərbçilərin atdığı son addımları qətiyyətlə qınayaraq hamınızı Myanmada demokratiyanı dəstəkləyən birmənalı ismarıc verməyə çağırıram. Beynəlxalq birliyin bu rejimi legitimləşdirməməsi, onu tanımaması çox mühümdür”.

Hərbi çevriliş və fövqəladə vəziyyət tətbiqini Konstitusiyanın pozulması kimi dəyərləndirən BMT rəsmisi hazırda təqiblərin hədəfi olan Milli Demokratiya Liqasının (National Ligue for Demokracy) 2020-ci ilin noyabr ayında keçirilmiş seçkilər zamanı səslərin 82 faizini qazandığını xatırladıb.

BMT Baş Assambleyasının sədri Volkan Bozkır da Myanmanın hərbi hakimiyyətini BMT xüsusi elçisinin ölkəyə gəlməsinə şərait yaratmağa, son günlər saxlanılanların hamısını sərbəst buraxmağa çağırıb.(“RİA Novosti”)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam