Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Hərbçilərin maaşlarına əlavələr ediləcək

“İşğaldan azad edilmiş ərazilərdə xidmət edən, o cümlədən hərbi hissənin yerləşdiyi ərazinin iqlim şəraiti, yüksəkliyi və digər məqamları nəzərə alınmaqla, hərbi qulluqçuların əmək haqlarına əlavələr əmsallar formasında ediləcək. Bununla bağlı olaraq, aidiyyəti qurumlar tərəfindən müvafiq fəaliyyət həyata keçirilib”.

Yenixeber.org: Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov deyib.

Onun sözlərinə görə, yaxın zamanlarda hərbi qulluqçuların əməkhaqlarına əlavələrin verilməsi Nazirlər Kabinetinin qərarı formasında təmin ediləcək.

Deputat həmçinin bildirib ki, hərbçilərin əməkhaqqları ilə bağlı məsələ Milli Məclisin deputatı kimi Müdafiə Nazirliyinə şifahi deputat sorğusu edərək aidiyyəti komitə rəhbərlərinə məruzə edib: “Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanunun 10.2-ci maddəsinə uyğun olaraq, döyüş şəraitində, döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçulara həmin dövr üçün ödənilməli olan pul təminatı ikiqat hesablanıb və ödənilib”.(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam