Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Azərbaycan müharibəyə hazır olmalıdır” –Rəsul Quliyev

“Azərbaycan müharibəyə hazır olmalıdır” – Rəsul Quliyev

“2014-cü ildə Rusiya Krımı işğal edəndən sonra Aİ ona qarşı sanksiyalar tətbiq etdi. Ardınca BB-da Skripallara, Almaniyada və nəhayət Navalnaya qarşı terrorlarda suçlanan RF-na sanksiyalar dahada gücləndirildi. Ancaq bu sanksiyalar Rusiyanı daha da gücləndirdi və gücləndirməkdə davam edir”.

Yenixeber.org: Bunu Azərbaycan parlamentinin eks-spikeri Rəsul Quliyev deyib. Onun sözlərinə görrə, Aİ Rusiyanı cəzalandırmaq əvəzinə onun inkişafına güclü təkan verdi.

“Bu belədə olmalı idi. Aİ Rusiyanın dövlət büdcəsinin yarısının Enerji sektorunun eksportundan gəldiyini bilirdi. Bu sektor heç bir sanksiyaya məruz qalmayıb, əksinə satış qiymətləri qalxır. Rusiyaya axan valyuta ya dəyişməyib, ya da artıb. Sanksiyadan öncə bu valyutanın 20-25 faizi Avropadan müəyyən məhsullar almağa gedirdi. İndi bu mallar Çin, Türkiyə, İran, Misir, Hindistan və başqa ölkələrdən əvvəllər xərclənən valyutanın yarısı ilə alınır və Rusiyanın iqtisadi vəziyyəti daha yuxarı səviyyədədir. Pul artıq Rusiyanı qudurdub. Lavrov açıq tekstlə Avropanı hədələyir. Sovet dağıldıqdan sonra yaranmış müstəqil ölkələrin ağası olduğunu elan edir. Avropanın apardığı yarıtmaz siyasət nəticəsində tarix boyu qonşularına qarşı aqressiv siyasət aparan Rusiya istənilən vaxt Qazaxstan, Azərbaycan, Gürcüstan, Ukraynaya qarşı müharibə aça bilər. Rusiya aqresiyanın qarşısı yalnız bu ölkələrin, o cümlədən Ermənistanın Türkiyə ətrafında birləşməsindən keçir. 3-cü dünya müharibəsinin qarşısını almaq üçün bu işi görmək lazımdır,təcili.

İkinci Aİ RF-na qarşı energetika sektorunda sanksiya qoymalıdır. Şimal axını proyektini saxlamalı və qazın importunu RF-dan ən azı 30 faiz aşağı salmalıdır. Neft importunu Rusiyadan azı 2 dəfə azaltmalıdır. Qazı ABŞ sıxılmış qazı, nefti İranın neft eksportu ilə kompensasiya etməlidir. Rusiya var gücü ilə Qərbin İranla dil tapmasına mane olacaq. Çünki İrana qarşı sanksiyanın uzadılması onun marağındadır.

Azərbaycan müharibəyə hazır olmalıdır. Türkiyə ilə əlaqələr bir mənalı gücləndirilməlidir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam