Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycanda meşələri kim qırır? –FOTOLAR


Azərbaycanın bir neçə rayonlarında kütləvi ağac və kolların kəsilməsi ilə bağlı fotolar yayılıb. 
Yenixeber.org: Bu barədə ekoaktivist Cavid Qara feysbuk hesabında paylaşıb. 

O bildirib ki, Qusar rayonu Qalacıq meşəsinin yerdə qalan hissəsinin böyük hissəsini məhv edilib: “Meşənin qalın (10-15 metrelik ağaclar) olan hissəsindən toplam 110 hektar tam məhv edilib və təqribən 100 hektardan çox sıx kolluq. Bu proses meşə istiqamətində davam edir və axırı yoxdur. Ən son peyk görüntlərini indicə aldım”. 
Bununla yanaşı C.Qara Şəki və Oğuz rayonlarında da kültəvi ağac kəsilməsi ilə bağlı məlumat verərək, peykdən görüntülərini paylaşıb: “Şəkinin Baqqal və Cunud kəndləri yaxınlığında 1200 hektar kolluq, meşəlik, açıqlıq qarışıq təbiət ərazisi məhv edilib. Yəqin ki, böyük hissəsi meşə fondudur. Ortaya çıxası  heç bir nəzarət mexanizmimiz və meşə fondunun ictimaiyyətə açıq bir xəritəsi yoxdur. Oğuzun Malıx kəndi yaxınlığındakı meşə qırğını poliqonlarından biri 27 hektarlıq yerdir. Yaxınlıqda başqa bir poliqon da var”. 
Meşələrin inkişafı xidmətinin rəisi Namik Xıdırov Yeniavaz.com-a bildirib ki, Şəkinin Bideyiz kəndi yaxınlığındakı açıq meşə sahəsində fındıq bağı salınır: “Milli Meşə  Proqramına uyğun olaraq açıq meşə sahələrində aqrobağların salınması üçün şərait yaradılır, Şəkinin Bideyiz kəndi yaxınlığındakı açıq meşə sahəsində də fındıq bağı salınır. Meşə fondunun istifadəsiz qalmış açıq sahələrinin potensialından səmərəli istifadə etmək məqsədilə açıq meşə fondu torpaqları icarəyə verilə bilər. 
Hazırda meşə ərazilərinin açıq sahələrində aqrobağların və sənaye əhəmiyyətli meşələrin salınması işləri həyata keçirilir. Bu da meşə örtüyünün artması ilə yanaşı yeni iş yerlərinin açılmasına, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına, ixrac potensialının yüksəlməsinə və ərzaq bolluğuna səbəb olacaq”.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin sözçüsü İradə İbrahimova Yeniavaz.com-a Qusar rayonu Qalacıq meşəsində və Oğuzun Malıx kəndi yaxınlığındakı meşədə ağacların kəsilməsi ilə bağlı məsələnin araşdırılacağını bildirdi.








Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam