Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bu türk dili yox olmaq təhlükəsi ilə üzləşib

        Türk dillərinin Oğuz yarımqrupuna aid olan qaqauz dili yox olma təhlükəsi altındadır.

Yenixeber.org: Bu barədə  “Anadolu” agentliyi xəbər verir.

Qeyd edilir ki, Moldovanın Qaqauz muxtariyyətində yaşayan qaqauzlar özlərinin ana dilinin qorunub saxlanılması üçün bütün səylərini ortaya qoyurlar.

Qaqauz Xalq Məclisinin deputatı Yekaterina Jekova qeyd edib ki, qaqauz dilinin qorunması və yayılması məsələsi bu xalq üçün həyati əhəmiyyətlidir.

Onun sözlərinə görə, qaqauz dilinin yox olması təhlükəsi bu xalqın siyasətçilərinin təqsiri üzündən yaranıb.

1994-cü ildə Qaqauz muxtariyyətinin yaranması günündən ana dilin müdafiəsi probleminə kifayət qədər diqqət ayrılmayıb. Qaqauz administrasiyası bu məsələ ilə məşğul olmayıb.

“Qaqauz dili muxtariyyətin əsasıdır və xalqımızın xüsusiyyətinin bünövrəsidir. Qaqauz hakimiyyəti ana dilinin tətbiqi və təbliğatı məsələsində sadə vətəndaşlar üçün nümunə olmalıdır”, - deyə o bildirib.

"Əgər biz öz dilimizi qorusaq, onda bütün sahələrdə yüksək nəticələrə nail olacağıq. Əks təqdirdə millilikdən məhrum olacağıq, muxtariyyəti itirəcəyik, - Jekova vurğulayıb.

Deputat qeyd edib ki, qaqauz dilinin qorunub saxlanılması problemi muxtariyyətdə daim səsləndirilir.

2018-ci ildə o Qaqauz Xalq məclisinin bir sıra deputatları ilə birlikdə ana dilin müdafiəsi haqqında qanun layihəsini hazırlayıblar və bu sənədin qanunverici səviyyədə qəbuluna nail olublar.

Qanun qaqauz dilindən ictimai həyatın bütün sferalarında və ən yüksək səviyyədə istifadəni nəzərdə tutur. Bu təşəbbüs çərçivəsində 2020-ci ildən ibtidai siniflərdə rəsm və əl işi dərslərinin qaqauz dilində öyrənilməsinə başlanılıb.

Onun sözlərinə görə, qəbul edilmiş qanun çərçivəsində dilə dəstək üçün xüsusi fond yaradılıb. Fond çərçivəsində müxtəlif layihələr reallaşdırılır, müsabiqələr keçirilir, kitablar çap edilir.

2010-cu ildə qaqauz dili YUNESKO-nun “Yoxa çıxmaq təhlükəsi ilə üzləşən dünya dilləri” atlasına daxil edilib. Dilin qorunması qaqauz xalqının mövcudluğu üçün mühüm əhəmiyyətə malikdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam