Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bağdad hava limanı -raket atəşinə tutulub

Bağdad hava limanı raket atəşinə tutulub

Bağdad Beynəlxalq Hava Limanı ötən gecə raket atəşinə tutulub.

Yenixeber.org: Xarici KİV xəbər verir ki, hava limanı yaxınlığına “Katyusha” yaylım atəş qurğusuna aid 3 raket düşüb. Bu barədə İraq Birləşmiş Əməliyyat Komandanlığı açıqlama verib. Raketlərdən biri Əl-Cihad dairəsindəki yaşayış evlərindən birinə maddi ziyan vurub. Hadisə nəticəsində zərərçəkən yoxdur.

Bu hücumun məsuliyyətini üzərinə götürən yoxdur. Bəzi ehtimallara görə, hücumun hədəfi yaxınlıqdakı ABŞ hərbi bazası olub.

Xatırladaq ki, cümə axşamı paytaxt bazarlarının birində kamikadze terrorçu tərəfindən iki bomba partladılması nəticəsində azı 32 nəfər ölmüş, onlarla yaralanan var.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam