Redaktor seçimi
Azərbaycanda Ramiz Mehdiyevə məxsus erməni şəbəkəsi üzə çıxdı - “Əhmədli Rentekar” kimə məxsusdur?! /
Daha bir amansız qətlin izi ilə...-
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Günün xəbəri

Bakıda 50-dən çox texnika hazır vəziyyətə gətirildi - Fotolar

Bakıda 50-dən çox texnika hazır vəziyyətə gətirildi -  Fotolar

Bakı şəhərinin bütün rayonlarında təsdiq edilmiş tədbirlər planına uyğun payız-qış mövsümünə hazırlıq tədbirləri həyata keçirilib. İlk növbədə şəhər və rayon kommunal xidmətlərinin xüsusi təyinatlı texnikaları hazır vəziyyətə gətirilib, bir sıra yaşayış və qeyri-yaşayış binalarında təmir işləri aparılıb, əlavə tədbirlər görülüb.

Yenixeber.org: Görülən işlərə nəzarət məqsədi ilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hər bir rayona cavabdeh şəxs təyin edilib, həmin şəxslər yerli icra hakimiyyətlərinin nümayəndələri ilə birgə mütəmadi olaraq rayonlarda payız-qış mövsümünə hazirlıq tədbirlərinin keçirilməsini təmin edir, verilən tapşırıqların və görülən işlərin icra vəziyyətini yoxlayırlar. Bu işlər çərçivəsində mütəmadi olaraq paytaxt rayonlarında monitirinqlər keçirilib.

Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Komunal Təsərrüfat Departamenti sanitariya və texniki təmizlik idarəsinin rəisi Mübariz Hüseynov Trend-ə bildirib ki, 50-dən çox qış texnikası və mexanizm hazır vəziyyətə gətirilib:

“Artıq mövsümlə bağlı idarədə 24 saatlıq iş rejimi yaradılıb. Bütün işçi heyəti növbəlilik əsasına günün bütün saatını fəaliyyət göstərəcəklər. İdarənin anbarında isə 5 min tona yaxın duz ehtiyatı mövcuddur. Artıq deyildiyi kimi 20-21 tarixlərində qar yağıması və yolların buz bağlaması gözlənilir ki, biz də öz növbəmizdə bütün işləri tam hazır vəziyyətə gətirmişik. Havanın qarlı keçəcəyi təqdirdə idarə artıq gecə saatlarından lazımı tədbirləri görməyə başlacaq ki, səhər işə yaxud digər yerlərə gedəcək paytaxt sakinləri üçün heç bir problemlər yaranmasın”.

Rayonlardakı hər bir qurumun qış aylarında üzərilərinə düşən vəzifələri, yarana biləcək problemləri operativ şəkildə aradan qaldırılması dəqiq müəyyən edilib və şəhər üzrə müxtəlif yerlərdə kifayət qədər qum, duz və lazımi invertar ehtiyyatı yaradılıb.

BŞİH tərəfindən rayonlardakı qurumlar arasında konkret vəzifə bölgüsü müəyyənləşdirilib, cavabdeh şəxslərə tapşırıqlar verilib.

Bakıda 50-dən çox texnika hazır vəziyyətə gətirildi -  Fotolar
Bakıda 50-dən çox texnika hazır vəziyyətə gətirildi -  Fotolar
Bakıda 50-dən çox texnika hazır vəziyyətə gətirildi -  Fotolar

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam