Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
Günün xəbəri

Əhali bir ildə ərzağa -21,7 milyard manat xərcləyib

 
2020-ci ildə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 40,2 mlrd. manatlıq, o cümlədən 21,7 mlrd. manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 18,5 mlrd. manatlıq qeyri-ərzaq malları satılıb.
Yenixeber.org: Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2019-cu illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,3%, o cümlədən qeyri-ərzaq malları üzrə 6,1% azalıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 3,4% artıb.

2020-ci ildə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48,6%-i ərzaq məhsullarının, 5,4%-i içkilər və tütün məmulatlarının, 16%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,4%-i elektrik malları və mebellərin, 5,1%-i avtomobil benzini və dizel yanacağının, 1,8%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,9%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,8%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.

Hesabat ilində istehlak məhsullarının dəyər ifadəsində 22,7%-i ticarət müəssisələri, 54,6%-i fərdi sahibkarlar tərəfindən, 22,7%-i isə bazar və yarmarkalarda satılıb. 2019-cu illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 6,6%, fərdi sahibkarlar üzrə 3,8% artıb, bazar və yarmarkalarda isə 17,2% azalıb.

2020-ci ildə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 335,6 manatlıq, o cümlədən 181,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 154,4 manatlıq qeyri-ərzaq malları alınıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam