Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

“Tonoyan toya hazırlaşır, 5 min hərbçinin ölümü vecinə deyil”-QALMAQAL

 

Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanla bağlı yeni qalmaqallı məlumat yayılıb.
 Yenixeber.org: Erməni KİV-ləri xalqın matəmdə olmasına baxmayaraq, Tonoyanın eyş-işrətdən qalmadığını yazıblar.

“Biabırçı Qarabağ məğlubiyyətindən sonra əsas günahkarlardan olan müdafiə naziri David Tonoyan vəzifədən uzaqlaşdırıldı və daha ortalıqda görünmədi. Bununla belə, cəmiyyət baş verənlərin izahını tələb etmədi, Tonoyanın isə xalqın gözündən itməsi ilə barışdı. Onun adı məğlubiyyətin əsas səbəbkarlarından olan Paşinyan və Qasparyanın yanına qoyulmalı idi. Ancaq məlum olur ki, Tonoyan 5000 müharibə qurbanının və ya torpaqların itirməsinin dərdini çəkmir”.

Tonoyanın vəzifədə olduğu vaxt səsləndirdiyi sərsəm bəyanatı ("Yeni müharibə, yeni ərazilər"-red.) xatırladan erməni jurnalistlər onun on minlərlə gəncin şikəst qalmasından və faciəvi durumdan narahatlıq keçirmədiyini bildiriblər.

“Onların ayaqları yoxdur, zədələnmiş orqanları ilə yaşamaq məcburiyyətindədirlər. Yüzlərlə valideyn oğullarının cəsədlərini tapmağı xəyal edir. Bu minvalla nazir də öz kefində olub. Onun bir bacısı qızının nişanı və toyu noyabr ayında, başqa birinin nişanı isə dekabr ayında baş tutub, daha sonra ona toy ediblər. 31 dekabrda isə Tonoyanın qızı üçün möhtəşəm bir nişan təşkil edilib. Mənbəmizin verdiyi məlumata görə, qonşular artıq Tonoyanı hərbçilər binasında da görmürlər. 2 il ərzində iki mərtəbəli xüsusi bir villa tikdirib ki, bu evdə nişanın baş tutması ehtimal edilir. Ancaq Tonoyanın bu davranışları təəccüblü deyil․ Sentyabrın 27-i, səhər tezdən müharibə başlayanda, bizim müdafiə nazirimiz olmuş Tonoyan Bolqarıstandakı dostu və iş ortağı olan David Qalstyanın ad günündə iştirak edirdi”.

KİV-lər həmçinin Tonoyanın nazirlikdən maaş olaraq 12, 791 241 dram almasını Ermənistan Dövlət Sosial Fondundan, həmçinin Müdafiə Nazirliyindən milyonlarla dram məbləğində təqaüd və digər “gəlirlər" əldə etməsini diqqətə çatdırıb.

Qeyd edilib ki, Tonoyan bu günlər ərzində heç bir cinayət işinə cəlb edilməyib, araşdırılma aparılmayıb və bu səbəbdən yığdıqlarını hələ də əyləncə və ev tikməyə sərf edir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam