Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Prezident -Rusiyanın pomidor ixracına qoyduğu qadağadan danışdı


“Azad edilmiş torpaqlara gəldikdə, biz burada bu işləri planlı şəkildə görməliyik. Birincisi, ərzaq təhlükəsizliyi üçün. İkincisi, ixrac potensialımızın artırılması üçün”. 
Yenixeber.org: Bunu Prezident İlham Əliyev yanvarın 6-da 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə deyib

Ölkə başçısı bildirib ki, burada da ixrac potensialımızı şaxələndirməliyik: “Çünki bu yaxınlarda Rusiya tərəfindən pomidor ixracına qoyulan qadağa, əlbəttə, bizim üçün çox gözlənilməz olmuşdur. Xatırlayıram, bir neçə il bundan əvvəl Rusiya tərəfi bizə müraciət etmişdi ki, - o vaxt sanksiyalar tətbiq olunmuşdu, - Azərbaycan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracını artırsın. Məhz ondan sonra çox ciddi artım oldu. Əgər biz 4-5 il bundan əvvəl və keçən il Rusiyaya pomidor ixracına baxsaq, böyük fərq görərik. Əgər o qadağa qoyulmasaydı, - düzdür, o qadağanın bir hissəsi artıq götürülüb, - keçən il bizim ixracımız 200 min tona çatacaqdı. Ancaq siz də, hökumət də bu rəqəmləri bilirsiniz, 4-5 il bundan əvvəl daha aşağı idi. Yəni, demək istəyirəm ki, biz kənd təsərrüfatı ixracına yenidən baxmalıyıq. Həm yeni bazarlar axtarmalıyıq ki, belə xoşagəlməz hallarla üzləşməyək, həm də kənd təsərrüfatı məhsullarının çeşidini artırmalıyıq. Ənənəvi bazarlar qalmaq şərti ilə biz yeni bazarlara çıxmalıyıq. Hesab edirəm ki, azad olunmuş torpaqlarda kənd təsərrüfatı xüsusilə bağçılıq sahəsində çox ciddi inkişaf edə bilər. Çünki meyvə məhsulları istənilən bazarda qəbul olunur. Burada ənənəvi bazarlarımızın iqlimini nəzərə alsaq, əlbəttə ki, bizim meyvəmizlə heç bir başqa meyvə rəqabət apara bilməz”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam