Redaktor seçimi
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
Günün xəbəri

ANAMA: -2020-ci il ölkədə 11,4 min ədəd mina zərərizləşdirilib

ANAMA: 2020-ci il ölkədə 11,4 min ədəd mina zərərizləşdirilib

Ötən il ərzində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Abşeron, Ağdam, Ağdaş, Ağcabədi, Ağstafa, Astara, Balakən, Bərdə, Beyləqan, Biləsuvar, Cəbrayıl, Goranboy, Gədəbəy, Göygöl, Naftalan, Kürdəmir, Füzuli, Tərtər, Tovuz, Şəmkir, Hacıqabul, Zərdab, Zəngilan, Xızı, Xocavənd, Xaçmaz, İmişli, Sabirabad, Salyan, Siyəzən, Şabran, Şəmkir, Oğuz, Qəbələ, Qubadlı, Quba, Qazax, Ucar rayonları, Bakı, Gəncə, Sumqayıt, Şuşa, Lənkəran və Mingəçevir şəhərləri ərazisində 7 622 217 m² (762 ha) ərazi yoxlanılıb, 5 669 ədəd partlamamış hərbi sursat (PHS), 4 563 ədəd piyada əleyhinə, 3 281 ədəd tank əleyhinə mina (cəmi: 13 513 ədəd) və 39 789 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək zərərsizləşdirilib.

Yenixeber.org: Bu barədə ANAMA-dan bildirilib.

2020-ci il ərzində Agentliyə daxil olmuş 2 560 siqnal (əməliyyat çağırışı) əsasında 2 055 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub ki, nəticədə Abşeron, Ağdam, Ağdaş, Ağcabədi, Ağstafa, Astara, Balakən, Bərdə, Beyləqan, Biləsuvar, Cəbrayıl, Goranboy, Gədəbəy, Göygöl, Naftalan, Kürdəmir, Füzuli, Tərtər, Tovuz, Şəmkir, Hacıqabul, Zərdab, Zəngilan, Xızı, Xocavənd, Xaçmaz, İmişli, Sabirabad, Salyan, Siyəzən, Şabran, Şəmkir, Oğuz, Qəbələ, Qubadlı, Quba, Qazax, Ucar rayonları, Bakı, Gəncə, Sumqayıt, Şuşa, Lənkəran və Mingəçevir şəhərləri ərazisində 1 607 720 m² (161 ha) ərazi təmizlənmiş, 3 613 ədəd partlamamış hərbi sursat (PHS), 4 559 ədəd piyada əleyhinə mina, 3 278 ədəd tank əleyhinə mina (cəmi: 11 450 ədəd) və 39 789 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

Agentliyin 21 ildən artıq fəaliyyəti ərzində 548 851 305 m² (54 885 ha) ərazi təmizlənib, 819 369 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam